Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
12:18
Şeyx Zəkzaki həbsxanada iflic ola bilər

Məhkəməyə çıxarılmaması və haqqında heç bir ittiham irəli sürülməməsinə rəğmən 2015-ci ildə Zaria qətliamından sonra həbs olunan Nigeriya İslami Hərəkatın lideri  Şeyx İbrahim  Zəkzakinin səhhəti pisləşib. FaktXeber.com-un KudusHaber-ə istinadla verdiyi məlumatına görə, Zəkzakinin saxlanılma şəraiti və heç kimlə görüştürülməməsi vəziyyətin ağırlığını göstərir. Bundan başqa, vəziyyəti son bir neçə gündə daha da ağırlaşan Zəkzakinin  öz həkimi tərəfindən müayinə edildiyi və iflic olma ehtimalı barədə də məlumatlar var.

Xatırladaq ki, Nigeriya Federal Ali Məhkəməsi bu həbsin qanunsuz olduğunu bildirərək onun azad olunması barədə hökm vermişdi. Lakin o, bu günə qədər həbsdədir.

Digər tərəfdən Kaduna başda olmaqla  Katsina, Zaria, Azare və İllela kimi şəhərlərdə Şeyx İbrahim Zəkzakinin  azad  buraxılması üçün İslami Hərəkatın yüzlərlə üzvü toplanıb. Polisin aksiyalara sərt müdaxiləsi nəticəsində 2 etirazçı açılan atəş nəticəsində həlak olub.

Nigeriya İslami Hərəkatın bəyanatına görə 2015-ci ildəki  Zaria hadisələrində atəş nəticəsində ağır yaralanan Zəkzakinin hələ də müalicə olunmayıb. Bildirilir ki, həbsdə olduğu andan etibarən fiziki və psixoloji işgəncələrə məruz qalıb və bununla əlaqədar  İnsan Haqları Təşkilatlarına müraciətlər edilib.

İngiltərədə fəaliyyət göstərən  İslami İnsan Haqları  Komissiyası da məsələ ilə bağlı  kampaniyaya başlayıb. Komissiya imzalanmaq və Nigeriya Federal Hökumətinə göndərilmək üçün  online bir ərziə hazırlayıb.

Ərizədə Şeyxin və xanımının azadlığa buraxılması, tibbi müayinələrə izn verilməsi istənilib. Mövcud vəziyyətin Nigeriya hökumətini etimaddan saxlanıldığı xatırlanıb, həmçinin bu hadisələrə biganə qalmayan insanlardan ərizəni doldurub, uyğun mail ünvanına göndərilməsi xahiş olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şeyx Zəkzaki 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 10:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com