Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Mart

2016
15:55
11266
Şeytanla əlaqəyə girib insanları belə dəli edirlər - VİDEO

Kennet Ervin Heygin (Kenneth Erwin Hagin) amerikalıdır. Onu Azərbaycanda çox adam tanıyır, çünki təlimləri insanlıqdan kənardır. Heygini bəzən “İman sözü” (dolayısı ilə evangiliya müvəffəqiyyəti), yaxud da ABŞ-dakı kimi “İman hərəkatı”nın atası adlandırırlar.

Kennet Heygin formal teoloji təhsil almayıb, ancaq buna baxmayaraq, 1970-ci ildə  Oral Roberts Universitetində teologiya doktoru dərəcəsini müdafiə edib.

Kennet Heygin 1917-ci ilin 20 avqustunda Texas ştatının Mak-kini şəhərində dünyaya gəlib. İki övladı var. Oğlu  Kennet Veyn Heygen hazırda  REMA İncil kilsəsində pastor və Kenneth Hagin Ministries təşkilatının  prezidentidir. Qızı Patrisiya Harrison "Harrison House" nəşr evinin sahibidir.

Uşaq vaxtından anadangəlmə ürək qüsurundan və leykemiyadan əziyyət çəkib. Heygenin uydurmasına görə, 1933-cü ildə İsa Peyğəmbər onu ziyarət edib və xəstəliyinə şəfa verib. 1937-ci ildə Heygin baptizmdən protestantlığın qolu olan əllilikçiliyə (Pentecostalism) keçərək “Allah Assambleyası” asossiyasında xidmət etməyə başlayıb. İkinci Dünya  müharibəsi illərində Heygin  müxtəlif “şəfa xidmətlərində” iştirak edib. 1949-cu ildə İncil təfsirçisi kimi müstəqil fəaliyyətə başlayıb. 1961-ci ildə  “Dünyəvi evangilizm” (World Evangelism) missiyasını, 1974-cü ildə oğlu  Kiçik Kennet Heygenlə Rema İncil məktəbini, 70-ci illərin sonunda isə İnam Kilsəsinin konvensiyasını təşkil edir.

2003-cü ilin sentyabrında dünyasını dəyişib.

Evangelist və Evangelik sözləri fərqli mənalar verir. Evangelist sözü ən sadə mənada "Xristianlıq bəyannaməsini moizə edən, yayan adam" mənasını verir. Evangelik sözü isə daha çox Protestant Kilsəsinin mühafizəkar təbəqəsini qiymətləndirmək üçün istifadə edilir. Evangeliklər ABŞ-ı quran və mühafizəkarlığı ilə tanınan Protestant məzhəbi Puritenlərin davamıdır. Mərkəzi Evanjelizm olan bu cərəyanın nümayəndələrinə və daha sonra liberal Protestantlardan başqa bütün Protestantlara Evangelik adlandırılıblar. Bundan əlavə, Martin Lutherin təlimləri əsasında qurulan kilsə hərəkatı üçün bu addan istifadə edilib. Buna görə də Avropa qitəsində Evangelik sözü Protestant və ya Lutherçi olaraq qəbul edilir.

Evanjelizmin əsasları ingilis Corc Whitefield (1715-1770), Methodizmin banisi Con Wesley (1703-1791) və amerikalı filosof və teoloq Conatan Eduard (1703-1785) tərəfindən qoyulub. Bu üç nəfər Amerikanın ən böyük Protestant məzhəbi olan Baptistlərin və Metodistlərin təməl daşlarıdır.

Bugünkü Evangelizm Amerikadakı xristian cəmiyyətinin mühafizəkar qanadını təmsil etməkdədir.

Lutherçi Protestantlıq ilə başlayan, Püritenizmlə yetişən Cimmi Karter, Ronald Reyqan və ata Buşun prezidentlikləri dövründə addım-addım inkişaf edən Evangelizm, 11 Sentyabr hadisəsindən sonra oğul Buş ilə "Qlobal İmperializm"i istiqamətləndirən əsas güc halına gəlib.

"Qlobal İmperializm"in hədəfi isə bəllidir: Böyük Yaxın Şərq. Bu gün Yaxın Şərqdə və müsəlman dünyasında baş verən bütün proseslər məhz Evangelistlərin siyasətinin nəticəsidir.

Ötən ilin sentyabr ayında seçki marafonunun başlanmasından əvvəl hazırda namizədlər arasında olan Donald Trump Evangelistlərin rəhbəri ilə görüşüb. Evangelist Kennet isə onun seçilməsinə xeyir-dua verib. Trumpın seçki marafonunda xüsusilə müsəlman kəsimə qarşı mövqeyi onun bu cəsarəti haradan aldığını açıq-aşkar göstərir.

Kimlər üçünsə aşağıda əks olunan video quraşdırılmış səhnəcik təsiri bağışlaya bilər. Amma qara magiyanın olmağı və bu şəxsin qara qüvvələrlə əlaqəsi, insanları öz təsirinə necə salması barədə Amerika mediasında kifayət qədər geniş materiallar var.

Əsəbi zəif olanların videoya baxması məsləhət deyil.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru