Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

28 Aprel

2015
16:14
1071
Ev tikintisində yaradılan süni problemlər Milli Məclisdə müzakirə olundu
"Vətəndaş daşı daş üstə qoyar-qoymaz onlarla təşkilat nümayəndəsi əlində bir "papka" gəlib vətəndaşın tikintisini saxlayır"

Milli Məclisdə evlərin tikintisi zamanı yaradılan bürokratik maneələrin aradan qaldırılması təklif olunub

Bürokratik maneələri aradan qaldırmaq məqsədilə tikinti üçün müraciətlərə vaxtında cavab verilməsi öhdəliyi qoyulmalıdır.

Bunu Milli Məclisin deputatı Çingiz Qənizadə Parlamentin bu gün keçirilən iclasında söyləyib: "Əks təqdirdə, bir yetimin evinin tikintisi üçün razılıq altı ay uzadıla bilər."

Deputat Şəhərsalma və Tikinti Məcəlləsinin müzakirəsi zamanı qanunvericilik təşəbbüsünə görə prezident İlham Əliyevə təşəkkür edib.

Həmkarının təklifini müdafiə edən deputat Adil Əliyev bildirib ki, vətəndaş daşı daş üstə qoyar-qoymaz onlarla təşkilat nümayəndəsi əlində bir "papka" gəlib vətəndaşın tikintisini saxlayır: "Onlar insanların heysiyyatı ilə oynayırlar. Bu kimi özbaşınalıqlara qarşı da addımlar atılsa idi, biz çox rahat olardıq."

Komitə sədri Əli Hüseynli isə üçaylıq müraciətə cavabın bir aya endirilməsi barədə təklifi müdafiə edib.salamnews.org

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru