Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 May

2017
14:25
968
Evlənmək istəyən 9653 nəfərdən 301 nəfərdə talesemiya aşkarlanıb

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiqinə başlandığı gündən bu il aprelin sonunadək 268174 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, apreldə isə 9653 nəfər müayinə olunub.

1 iyun 2015-ci il – 30 aprel 2017-ci il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlansa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş sayılır. Ötən ay müayinədən keçmiş 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkarlanıb.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Məqalədə : tibbi müayinə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 08:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru