Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

16 Fevral

2017
14:13
1075
Evlənmək istəyən cütlüklərin 4649 nəfərində talassemiya aşkarlanıb

Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən xəbərə görə, artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub. Nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhətinin verilməsi də atılan ən düzgün addımlardan biridir. Ötən il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-da talassemiya daşıyıcılığı aşkar edilib. 2016-cı ildə nikaha daxil olmaq istəyən 42 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyənləşib.

Ölkədə prenatal diaqnostika da tətbiq edilib. Döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir. Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülüb, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru