Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Oktyabr

2017
12:04
3522
Ev tikmək istəyən vətəndaşların DİQQƏTİNƏ

Sentyabr ayında Azərbaycanda tikinti materiallarının pərakəndə satış qiymətlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.

FaktXəbər-in məlumatına görə, consmat.org internet səhifəsi tikinti materialları bazarında apardığı araşdırmaya əsaslanaraq belə qənaətə gəlib.

Pərakəndə satış məntəqələri nisbi stabilliyi bir sıra amillərin təsiri ilə əlaqəndirir: “Milli valyutanın dollara qarşı məzənnəsində stabillik müşahidə olunduğuna görə idxal edilən tikinti materiallarının qiyməti dəyişməyib. Eyni zamanda tikinti işlərində, xüsusilə mülki tikintidə durğunluq müşahidə olunur. Buna görə tikinti materiallarına olan tələb aşağı səviyyədədir. Yaxın aylarda da tikinti materialları bazarında qiymətlər tikinti işlərinin dinamikasından asılı olacaq”.

Xatırladaq ki, avqust ayında tikinti materiallarının pərakəndə satış qiymətlərində 3,9% artım müşahidə olunub. Ay ərzində əsas tikinti materialları hesab edilən qum, çınqıl və otsevlə yanaşı, dam örtüklərinin, izolyasiya materiallarının və dəmir şəbəkənin qiymətlərində artım qeydə alınmışdı.

Qum, çınqıl və otsevin qiymətinin artımını satıcılar topdansatış məntəqələrində (karxanalarda) qiymət artımı ilə izah edib.

İzolyasiya materiallarının avqustda bahalaşmasını isə satıcılar mövsümi amillərin təsiri ilə əlaqələndirir: “Yağışlar başlamadan öncə insanlar izolyasiya işlərini başa çatdırmağa çalışır, bu da tələbi artırır. Tələbdə artım qiymətlərə təsir edir”.

Qeyd edək ki, Azərbaycanda həm yerli istehsal olan, həm də Türkiyə və Rusiya istehsalı olan izolyasiya məhsulları istifadə olunur.

Dəmir şəbəkənin istehsalında istifadə olunan məftil üçün xammal Ukraynadan idxal olunur. Beləliklə, dəmir şəbəkənin bahalaşması Ukraynadan idxal edilən xammalın qiymət artımı ilə izah edilib.

Avqust ayı ərzində nisbi ucuzlaşma katinka, metlax və kafelin qiymətlərində müşahidə olunub.

Məqalədə : tikinti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru