Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Avqust

2017
14:26
217
ETSN reyd keçirib, “Qırmızı Kitab”a düşmüş vəhşi quş təbiətə buraxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
 
Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, əməkdaşların Quba rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı Sahil Ağamuradovun qırğıkimilər fəsiləsindən olan və adı “Qırmızı Kitab”a düşmüş vəhşi quşu təbiətdən ayırmaqla gəlir mənbəyi məqsədilə istismar etdiyi müəyyən edilib.
 
Araşdırma zamanı vəhşi quşun saxlanılması üçün Qusar rayon sakini S.Ağamuradovun quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.
 
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, inzibati qaydada 400 manat məbləğində cərimə olunub. Vəhşi quş  təbiətə buraxılıb.

Məqalədə : ETSN Qırmızı kitab 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru