Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
11:48
Ermənistan televiziyası Türkiyə ərazisini öz ərazisi kimi təqdim edib

Ermənistanın "Western Armenian TV" TÜrkiyənin Iğdır bilayətini Qərbi Ermənistanın bir şəhəri kimi göstərib.

FaktXəbər-in məlumatına görə, Türkiyə-Azərbaycan Dostluk Dərnəklərinin rəhbəri, Iğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünal, ""Qərbi Ermənistanın Iğdır şəhəri" ifadəsinin istifadəsi başadüşülən deyil. Iğdır Türkiyənin şəhəridir. Iğdırın Qərbi Ermənistanın şəhəri olması mümkün deyil. TÜrk düşməni olan ermənilər hər fürsətdə xəyallarını səsləndirirlər. Bu da onu göstərir ki, ermənilərin gözü illərdir türk torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan belə türk torpağıdır, Qərbi Azərbaycanın bir parçasıdır. Ermənilər türk düşmənliklərinə görə Ermənistanda yaşayan türklərin bir qismini qətliam edib, bir qismini də deportasiya etmişdir. Türk dilində televiziya yaradıblar, məqsədləri özlərinə məxsus olmayan əraziləri Ermənistan torpağı kimi göstrərək təbliğat işləri aparmaqdır", - deyə bildirib.

Xatırladaq ki, Fransanın dəstəyi ilə Qərbi Ermənistan adlı bir hökumət qurulub və internet üzərindən 40 dollara vətəndaşlıq verilir. Avropada yaşayan və 1915-ci ildə Osanlı İmperiyası tərəfindən qətliam edildiklərini söyləyənlərin nəvələri tərəfindən yaradılan bu hərəkat Fransa və Ermənistan tərəfindən də dəstəklənir. Onlar təkcə Iğdırı deyil, Şərqi Anadolunun 20-dən çox şəhərinə iddia edirlər.   

Məqalədə : Ermənistan Türkiyə Iğdır 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
304

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
340

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 13:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru