Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 İyul

2017
11:44
220
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir

XİN: Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə etməsi dövlət siyasətidir

Hikmət Hacıyev: Ermənistandan Araz çayına axan su resurslarının məhdudlaşdırılması məsələsi beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacaq

"Ermənistan tərəfindən su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə edilməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Rəsmi Yerevan tərəfindən bu siyasət Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylara, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur. Ermənistanın Azərbaycana doğru axan su resurslarını qəsdən çirkləndirilməsi mövcud problemin başqa bir istiqamətidir".

Bunu "Report"a açıqlamasında  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Ermənistanın ekologiya nazirinin müavini Erik Qriroryanın məhz Azərbaycana su axınının qarşısını almaq üçün Ermənistandan Araz çayına axan su resurslarının məhdudlaşdırılması barədə açıqlaması Ermənistanın sudan ekoloji terror və təhdid kimi istifadə etməsini bir daha sübut edir: "Bu baxımdan Ermənistan sivil davranış və öhdəliklərdən boyun qaçırmaq üçün “Su Konvensiyası” adı ilə tanınan “Transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi Konvensiyası”na (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes) qoşulmaqdan nümayişkarcasına imtina edir.

Buna baxmayaraq, Ermənistanın Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydaları, BMT Baş assambleyasının transsərhəd sular haqqında qanuna dair qətnaməsi (The law of transboundary aquifers), Avropa Şurası Parlament Assambleyasının Avropada transsərhəd su hövzələri haqqında qətnaməsi və digər beynəlxalq sənədlər üzrə öhdəlikləri vardır. Həmçinin, Avropa Şurası Parlament Assambleyası 2016-cı il qış sessiyasında məxsusi olaraq “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamə qəbul edib və bu qətnamədə Ermənistanın sərhədyanı çaylara və işğal olunmuş ərazilərimizdəki Sərsəng su anbarına münasibətdə yürütdüyü siyasəti ekoloji terror kimi qiymətləndirilib. Bu sənədlərə əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Ermənistanın ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti Azərbaycan tərəfindən beynəlxalq təşkilatlarda davamlı olaraq qaldırılır. Ermənistan tərəfinin son açıqlaması da aidiyyəti beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacaq".

Məqalədə : Azərbaycan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru