Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

İyulun 14-də Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi erməni hərbçiləri tərəfindən azərbaycanlı uşaqların qətlə yetirilməsi ilə bağlı aksiya keçirib.
Əllərində Ermənistan hərbiçiləri tərəfindən qətlə yetirilən ikiyaşlı Zəhranın, 9 yaşlı Farizin və 13 yaşlı Aygünün şəkillərini tutan gənclər və uşaqlar “Biz Sülh Elçisiyik! Bizə Qoşulun!”, “Mən Zəhrayam, mənim 2 yaşım var”, “Mən Farizəm, mənim 9 yaşım var”, “Mən Aygünəm, mənim 13 yaşım var” şüarlarını səsləndiriblər.
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri olan gənclər və uşaqlar Ermənistan silahlı qüvvələrinin qətlə yetirdiyi Zəhra, Fariz, Aygün və dünyada silahlı münaqişələrdən əziyyət çəkən bütün uşaqların öldürülməsinin dayandırılmasını, bu ədalətsizliyin qarşısının alınmasını istədiklərini deyiblər.
Aksiyada Azərbaycanın, xüsusilə cəbhənin təmas xəttində məskunlaşan uşaqların və gənclərin adından BMT Baş Katibinin Uşaqlar və Hərbi münaqişələr üzrə xüsusi nümayəndəsi Virginia Qambaya erməni hərbçiləri tərəfindən azərbaycanlı uşaqların qətlə yetirilməsi ilə bağlı müraciət də ünvanlanıb.
Müraciətdə deyilir: “İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndinin hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olub, Quliyeva Səlminaz ağır yaralanıb. Bu hadisə bütün insanları, o cümlədən uşaq və gəncləri sarsıtdı. Biz bu cür qəddarlığı və vandalizmi qəbul edə bilmirik. Zəhraya atılmış atəş bütün Azərbaycan uşaqlarına atılan atəşdir. Təəssüflər olsun ki, Zəhra erməni əsgərləri tərəfindən öldürülən ilk və yeganə mülki şəxs, qurban deyil. Xocalı soyqırımı zamanı 613 insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın, 9 yaşlı Fariz Bədəlovun, 13 yaşlı Aygün Şahmalıyevanın, keçən ilin aprel hadisələri zamanı mülki əhalinin və müxtəlif illərdə uşaqların, qadınların, ahılların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi uzun sürən Ermənistan təcavüzünü bir daha sübut edir”.
15-07-2017 11:35 Ermənilərin açdığı atəş nəticəsində yaralanan Alxanlı sakininin vəziyyəti kafi
13-07-2017 16:21 Baş həkim: "Ermənilərin yaraladığı qadının bədənində qəlpələr qalıb"
11-07-2017 17:01 Balaca Zəhranın və nənəsinin erməni hərbçiləri tərəfindən qətlə yetirilməsind
10-07-2017 14:07 İran XİN: Son qarşıdurma zamanı 2 yaşlı uşağın ölməsi çox ağrılıdır
10-07-2017 11:16 Məşhurlar Zəhra üçün bir araya gəldilər – VİDEO
09-07-2017 13:52 Britaniyada yaşayan soydaşlarımız Ermənistan səfirliyinin binası qarşısında aksiya
- 26-04-2018 16:45 Hotellərimizdə ən çox gecələyən əcnəbilər - SİYAHI
- 26-04-2018 16:05 Bu keçidlərdən əlillər, hamilələr və qocalar "uçaraq" keçirlər - VİDEO
- 26-04-2018 15:51 Bakı metrosunda ciddi su sızıntısı - NARAHATLIQ - FOTO
- 26-04-2018 15:46 Şahbaz Quliyev düşmən əsirliyindən ailəsinə video göndərib
- 26-04-2018 15:37 Qusarın ucqarlarına yeni yol çəkilir - FOTO
- 26-04-2018 15:16 Binə Ticarət Mərkəzində aksiya
- 26-04-2018 14:40 May ayının qeyri-iş günləri açıqlanıb
- 26-04-2018 14:15 Bakının ən böyük prospekti bağlandı - Qəza
- 26-04-2018 13:03 Havanın temperaturu yüksəlir
- 26-04-2018 12:10 Bakı metrosunda sıxlığın əsas səbəbi - CƏDVƏL
- 26-04-2018 11:26 BP-yə yeni rəhbər təyin edilib
- 26-04-2018 11:09 ""Metsamor" təhlükə mənbəyidir" - Hikmət Hacıyev
- 26-04-2018 10:36 İtən alpinistlərin dostları Xəzərdə itkin düşüb
- 26-04-2018 10:32 İki valideyn arasında qalan Leylanın ürəkağrıdıcı hönkürtüsü - VİDEO
- 26-04-2018 10:21 Bakıda daha bir metro stansiyası istifadəyə verilə bilər
- 26-04-2018 10:00 Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - VİDEO
- 26-04-2018 09:58 Azərbaycanda şübhəli bilinən 30 nəfər saxlanılıb
- 26-04-2018 09:50 Azərbaycandakı vulkanların palçığında qızıl, gümüş aşkarlanıb
- 25-04-2018 22:23 Rusiya Ermənistandakı vəziyyətdən narahatdır - PUTİN ZƏNG VURDU
- 25-04-2018 20:57 Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulur
- 25-04-2018 20:30 Bakının bu hissələrində sabah qaz olmayacaq
- 25-04-2018 17:02 Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanılıb
- 25-04-2018 16:10 Bakıda avtomobili təpikləyən sürücü tutuldu - VİDEO
- 25-04-2018 15:31 Azərbaycan-Türkiyə sənədləri imzalanıb
- 25-04-2018 15:01 Bakıda yolu keçən piyadanı avtomobil vurdu

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 19:11
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]