
Proqnozlara rəğmən, Gürcüstanda prezident seçkisində oliqarx-milyarder Bidzina İvanişvilinin adamı, fransız əsilli gürcü Salome Zurabişvili qalib gəldi. Səbəblər barədə yetərincə yazılıb. O da qeyd edilib ki, Azərbaycanın milli maraqları baxımından keçmiş xarici işlər naziri, Mixail Saakaşviliyə yaxın şəxs saylan Qriqol Vaşadzenin qələbəsi daha məqbul idi.
Bütün hallarda Gürcüstan toplumunun seçiminə və iradəsinə sayğı göstərməklə yanaşı, artıq nəticənin özünün mümkün nəticələrini təhlil etməyə dəyər - ilk növbədə də qonşu Azərbaycan və Ermənistana münasibətdə.
Şübhəsiz ki, Gürcüstanda parlamentli idarəçilik mövcud olduğundan burada əsas söz sahibi hökumətin başçısına məxsusdur, prezidentə yox. Lakin prezident də siyasi sistemdə məxsusi çəkiyə malik, cəmiyyətdəki ovqata mühüm təsir imkanı olan siyasi fiqurdur. İkinci yandan, məlum olur ki, Zurabişvili indiki hökumətə yad adam da deyil. Yəni mövcud hakimiyyətin siyasi kursuna sadiq qalacaq şəxsdir.
Ancaq Azərbaycanın köklü maraqları baxımından bəzi narahatedici məqamlar yox deyil. Birinci məqam keçmiş xarici işlər naziri Salome xanımın xəfif ermənipərəst biri olması, Türkiyəyə elə də böyük simpatiya bəsləməməsidir - hansı ki, seçki kampaniyası dövründə, Cavaxetiya erməniləri ilə görüşdə özünü büruzə verdi.
İkinci xüsusat fransız dilli Zurabişvilinin Fransaya dərin bağlılığıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransanın isə Dağlıq Qarabağ məsələsində mövqeyi məlumdur. Rəsmi Paris nə qədər bəyan eləsə də ki, Qarabağla bağlı neytral mövqe tutur, fakt budur ki, o, Ermənistanı özünə “kiçik bacı” saymaqda davam edir. Eyni zamanda saxta “erməni soyqırımı” məsələsində ən radikal mövqe sərgiləyən, bu “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun qəbul eləmiş 3 ciddi dövlətdən biridir.
Başqa sözlə, belə güman eləmək olar ki, Fransanın öz “adamı” S.Zurabişvili vasitəsi ilə Gürcüstan hökumətinə təsirləri arta bilər. Bu təsirlərin öz növbəsində Tiflisin işğalçı ölkəyə münasibətində özünü göstərməsi istisna deyil. Məsələ də bundadır. İşğalçının Gürcüstanla bağlı əsas dərdi, hədəfi isə bəllidir - Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmirolunun açılması və düşmən ölkənin blokada rejiminin yumşaldılması. Əksər analitiklər əmindirlər ki, həmin dəmiryolu ilə Ermənistana hərbi təyinatlı yüklər də daşına bilər.
Düşmən ölkəyə yeni dəhliz açılması məsələsi zaman-zaman Gürcüstan və Ermənistan rəhbərlikləri arasında müzakirə predmeti olub. Bu yöndə müəyyən addımlar da atılıb. Lakin son anda rəsmi Tiflis razılıq verməkdən vaz keçib.
Üstəlik, bu gündən - dekabrın 1-dən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq. Yanvarın 1-dən isə Qafqaz limanı vasitəsilə əlaqə kəsiləcək. Bu barədə Cənubi Qafqaz Dəmiryolları QSC qərar verib. Yəni Ermənistana qapılar indi, faktiki, 4 tərəfdən - Azərbaycan, Türkiyə, İran (ABŞ-a görə) və Gürcüstandan bağlanmış kimidir.
Şübhə yox ki, işğalçı ölkənin yeni rəhbərliyi bu vəziyyətdən dolayı ciddi narahatlıq içindədir. Ona da şübhə yox ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan 9 dekabr seçkiləri bitər-bitməz, bu məsələ ilə ciddi məşğul olacaq. O sırada Fransapərəst Zurabişvili faktorundan istifadə edəcəyi mümkün görünür.
Əlbəttə, hər şeyə, o cümlədən Gürcüstanın rəhbərliyində kimin olmasına rəğmən, Azərbaycan və Türkiyə qərb qonşumuz üçün vazkeçilməz dövlətlər, strateji tərəfdaş ölkələr olaraq qalacaq. Bu gün iki qardaş ölkə Gürcüstana ən çox sərmayə yatıran, onun enerji təhlükəsizliyində, bütövlükdə milli təhlükəsizliyində həlledici rol oynayan ölkələrdir. Rəsmi Tiflis bu reallığı, ilk növbədə də Azərbaycanın bölgədə açar ölkə olması gerçəyini görməzlikdən gələ bilməz.
Lakin gürcülərin bir elə etibarlı toplum olmadığı da nəzərdən qaçırılmamalıdır. Yəni Gürcüstanda Zurabişvili timsalında Fransa faktorunun güclənməsi dolayısıyla işğalçı Ermənistanın xeyrinə də işləyə bilər. Çünki bəzi siyasi şərhçilərə görə, Zurabişvilinin prezident seçilməsi Avropa Birliyinin, xüsusən də Fransanın Ermənistanın ardınca Gürcüstanda da öz nüfuz dairəsini genişləndirməsinə gətirə bilər.
Bütün hallarda Bakı həm Gürcüstandakı prezident, həm də Ermənistanda reallaşacaq 9 dekabr növbədənkənar parlament seçkilərindən sonra region və onun ətrafında mümkün gəlişmələri diqqətlə izləmək zorundadır. Ən əvvəl də İrəvan-Tiflis münasibətlərinin inkişaf dinamikasını izləmək lazım gələcək.
Sonda əlavə edək ki, Paşinyan və onun təbliğatçıları vaxtaşırı belə məkrli açıqlamalar verirlər ki, guya işğalçı ölkədə 8 may “məxməri inqilab”dan sonra Ermənistan artıq demokratiya yoluna çıxıb və o səbəbə regionda demokratik Gürcüstana “ən yaxın, ən doğma” ölkə məhz “demokratik” Ermənistandır. Demək, onlar bir-birinə güclü dəstək verməlidir.
Yəqin ki, 9 dekabrdan sonra Nikol Paşinyanın bu yöndə çoxalan bəyanatlarının şahidi olacağıq. Fransa yanlısı Paşinyan seçkilərdən sonra ilk səfərini Rusiyaya deyil, məhz Gürcüstana edib orada başqa bir Fransa sevdalısı Salome Zurabaşvili ilə görüşərsə, təəccüblənmərik. Bunu indi həm də taxıl blokadası diktə edir.//“Yeni Müsavat”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun08-06-2020 16:23 Paşinyan koronavirusdan sağalıb
01-06-2020 11:22 Ermənistanın baş naziri Paşinyan koronavirusa yoluxub
31-01-2020 16:21 Ermənistanın baş nazirindən selfi həyasızlığı
29-01-2020 13:15 Köçəryan: Azərbaycanlıların mənə edə bilmədiyini Paşinyan etdi
09-01-2020 11:40 Paşinyanın mətbuat katibi istefa verib
20-12-2019 20:33 Paşinyan Putinin qarşısında biabır oldu - VİDEO
- 03-06-2020 17:09 Əbülfəs Qarayevin topdağıtmaz biznesi - SİYAHI
- 01-06-2020 10:32 İsrail bölgədə antisemit siyasətini davam etdirir
- 18-05-2020 13:11 Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır
- 31-01-2020 15:13 Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar
- 29-01-2020 11:17 Dünyanın gözü qarşısında bir dövlət məhv edilir
- 25-01-2020 14:20 Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi