Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Mart

2017
11:07
466
Ermənistanda üsyan: “Rəngli inqilab üçün çox adam lazım deyil”

“Ermənistan müxalifəti Yerevanda “maydan” təşkil etməyə çalışacaq. Hər şey ondan asılıdır ki, meydana nə qədər adam toplaya biləcəklər”, - bunu virtualaz.org-a gürcüstanlı politoloq Mamuka Areşidze dünən Ermənistan paytaxtında başlamış hadisələri şərh edərkən deyib.

Xatırladaq ki, Yerevanda “çörək verən” Artur Sarkisyanın ölümü xəbəri kütləvi nümayişlərə səbəb olub. Mərhum A.Sarkisyan ötən ilin yayında Yerevanda polis bölməsini ələ keçirən dəstənin üzvlərinə yemək çatdırdıqdan sonra məşhurlaşmışdı.

Areşidzenin sözlərinə görə, Ermənistan müxalifəti üçün fəallardan birinin ölümü etiraz dalğasını qaldırmağa şərait yaradır. Hansı taktika seçiləcək? Bunu müxalifət aksiyaların kütləviliyini ölçüb-biçdikdən sonra müəyyənləşdirəcək. Və iş “maydan” ssenarisinə qədər gəlib çıxa bilər.

“Rəngli inqilab üçün bütün əhalini küçələrə çıxarmağa ehtiyac yoxdur. Az sayda fəalın olması kifayət edir. Bu yaxınlarda 150-200 nəfərin Batumini darmadağın etməsini xatırlamaq olar”, - Areşidze deyib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com