Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
15:50
2472
Ermənistanda narazı kütlə nazirlikləri mühasirəyə alıb - VİDEO

Ermənistanda narazı kütlə ölkənin dövlət əhəmiyyətli idarələrini mühasirəyə alıb. FaktXəbər bildirir ki, "Mənim addımım" hərəkatı paytaxt İrəvanda Təhsil və Xarici İşlər Nazirlikləri, Baş Prokurorluğun binası, Kassasiya Məhkəməsi və Dövlət Gəlirlərinin Komitəsinin binalarını nəzarətə götürüb.

14:21 - FaktXəbər-in verdiyi məlumata görə, Ermənistanda narazı kütlənin lideri deputat Nikol Paşinyan ölkədə inqilabi vəziyyətin olduğunu açıqlayıb və məxməri inqilabın başlanmasını elan edib.
 
"Ölkə üzrə tətil və etiraz aksiyaları keçirilir, küçələr bağlanır. Ermənistanda inqilabi vəziyyət yaranıb. Mən məxməri inqilabın başlanmasını elan edirəm",-deyə Nikol Paşinyan bildirib.

14:00 - Son məlumata görə, narazı kütləyə rəhbərlik edən Nikol Paşinyanın oğlu Aşot Paşinyan saxlanılıb. Bu barədə "Armtimes.com" portalı məlumat yayıb.

Ermənistan polisinin mətbuat xidmətinin nümayəndəsi Edqar Canoyan "Aysor.am" müxbiri ilə söhbətində bildirib ki, 80 nəfər polis şöbəsinə gətirilib. Onlar inzibati xətalar törətməkdə şübhəli bilinirlər.

10:56 - Ermənistanda "Mənim addımım" hərəkatının təşkil etdiyi mitinqlər davam edir. FaktXəbər "News.am" saytına istinadən bildirir ki, paytaxt İrəvanda toplaşan narazı kütlə yenidən mərkəzi prospektləri bağlamağa başlayıb.

Narazı kütlənin etirazı Serj Sarkisyanın baş nazir postuna namizədliyini irəli sürməsidir. Mitinq iştirakçıları parlament idarəçiliyi dövründə Serj Sarkisyanın baş nazir olmasını istəmir.

Bu arada İrəvanın Baş Polis İdarəsinin rəsi müavini Valeri Osipyan  "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyana etirazların dayandırılması barədə bildiriş təqdim edib. Sonuncu isə bildirişi cıraraq onu yerə atıb.



Məqalədə : İrəvan aksiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 22:08

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status