Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 İyul

2017
16:19
234
Erməni politoloq Abdullah Gülün Qarabağ açıqlamasından narahat olub

Türkiyə 11-ci prezidenti Abdullah Gülün, "Ankara Azərbaycanın ərazi bütövlüyünün pozulmasını heç vaxt qəbul edə bilməz" ifadəsinə toxunan erməni politoloq, Ermənistan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Aleksandr Markarov "Azərbaycan Qarabağ məsələsində Türkiyənin daim ona dəstək verdiyini və verməyə davam edəcəyini çox yaxşı bilir. Bakı Ankaranın Ermənistan ilə münasibətlərinin normallaşmasından da imtina etdiyini bilir", - deyib.

FaktXəbər-in məlumatına görə, sözünə davam edən Markarov "Türkiyənin Qarabağ problemi haqqında Azərbaycanın mövqeyini bölüşdüyü məlumdur. Azərbaycan Türkiyənin iqtisadi, siyasi və hərbi dəstəyi alan ölkədir. Türkiyənin dəstəyi Azərbaycanının qeyri-konstruktiv davranışına səbəb olur. Bu davranış isə Qarabağ probleminin həll edilməsinə mane olur", - deyə bildirib.

Maraqlıdır ki, politoloq danışıqlar prosesində Azərbaycanın indiyə kimi hansı qeyri-konstruktiv davranış sərgilədiyini söyləyib. Ona görə yox ki, yadından çıxıb, ona görə ki, belə bir addım yoxdur. Olsaydı, indiyə qədər yüzlərlə dəfə söyləyərdilər, bütün müsahibələrində dilə gətirərdilər. Amma Ermənistanın hər dəfə danışıqlar masasında yeni-yeni şərtlər irəli sürdüyünü bütün politoloqlar əzbərdən bilirlər, elə özləri də.

Məqalədə : erməni politoloq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru