Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Mart

2017
10:56
2172
Ermənilərin Aprel döyüşündə məğlubiyyətinin daha bir sirri açıldı

FaktXəbər-in erməni mediasına istinadən verdiyi məlumata görə, ötən ilin aprel ayında Azərbaycan ordusu ilə işğalçı Ermənistan ordusu arasında qeydə alınan döyüşlə bağlı yeni faktlar ortaya çıxıb. Erməni ordusunun apreldə məğlubiyyətinə səbəb olan amillərdən biri də yanacaq problemi olub.

Belə ki, Ermənistanın baş naziri Karen Karapetyan yerli mətbuata açıqlamasında deyib ki, 2016-cı ilin aprelində orduda olan texnikaların bir çoxu yanacaq problemi ucbatından işləyə bilməyib.

Baş nazir Karapetyanın bu açıqlamasına sabiq müdafiə naziri, "Оqanyan-Rafii-Oskanyan" proporsional blokuna rəhbərlik edən Seyran Ohanyan cavab verib. O, baş naziri məişət məsələri ilə məşğul olmağa və hərbi sirrləri ortaya qoymamağa çağırıb: "Məsələhətim budur ki, belə günlərdə məişət mövzularıyla məşğul olsunlar. Əgər qayda-qanun yaratmaq istəyirlərsə, qoy yaratsınlar. Mən bu çıxışı özümə qarşı addım saymıram, çünki mənim vaxtımda müvafiq nəzarət orqanları yoxlamalar aparıb".

Qeyd edək ki, Ermənistanın hökumət rəhbəri ilə sabiq müdafiə naziri arasında seçkiqabağı Aprel döyüşləri ilə bağlı polemika mövcud problemi təsdiqləyib və düşmən tərəfinin məğlubiyyətinin bir sirrini də ortaya qoyub.

Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq 4 gün davam edən hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü isə yaralanıb. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru