Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 İyul

2017
11:03
1316
Ermənilər deyir ki... - VİDEO

“XXI əsr texnologiyalar əsridir”, - deyirlər. Həm də informasiya əsridir. Hesab edirəm ki, texnologiyadan daha çox informasiya əsasdır. Çünki məhz informasiya ilə düşməni sıradan çıxarmaq, onu pərən-pərən salmaq olar.

İllərdir işğalçı Ermənistan məhz informasiya siyasəti ilə bizdən bir baş üstün olub. Qarabağın işğal edilmədiyini, tarixi erməni torpağının geri qaytarıldığını bütün dünyaya car çəkiblər. Və bu işdə böyük uğur da qazanıblar. Hələ də dünyanın tanınmış qurumlarına Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut etməyə çətinlik çəkirik. Səbəb barədə bir qədər sonra...

Cəbhədə baş verən döyüşlər zamanı müdafiə naziri Səfər Əbiyevin vaxtında adi atəşkəsin pozulması barədə məlumatı nazirlik günortaya yaxın yayımlayırdı. Əsgərimiz şəhid olurdu, bir də onda xəbər tuturduq ki, artıq dəfn olunub. Dəfndə də ailə üzvləri, yaxınları, qohum-qonşuları iştirak edib. Səbəb barədə bir qədər sonra...

Dünən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Belçikada görüşüblər. Görüş barədə Azərbaycan mediası xəbəri ilk olaraq Ermənistanın “armenpress.am” saytına istinadən məlumat yaydı. Və erməni mediasına bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat vermişdi.

Üstündən bir neçə saat keçəndən sonra Azərbaycan XİN ona ünvanlanmış sorğuya cavab olaraq belə bir görüşün keçiriləcəyini təsdiqlədi.

Və Azərbaycan mediası görüşün baş tutub tutmaması barədə növbəti rəsmi məlumatı ala bilmədi.

Bax, bütün səbəblər buradadır. Bizim düşmən üzərindəki informasiya siyasətinin axsayan tərəfi Azərbaycan Xarici İşlər Nazirliyindədir. 

Əsgərimiz şəhid olanda Müdafiə Nazirliyi rəsmi şəkildə açıqlama verir, daha biz düşmən mediasının dezinformasiyasının əsiri olmuruq. Şəhidimiz də Müdafiə Nazirliyi tərəfindən təntənəli surətdə ailəsinə təhvil verilir, dəfn də yüksək səviyyədə təşkil olunur.

Füzulinin Alxanlı kəndində baş verən hadisələrdən sonra Azərbaycan XİN etiraz bəyanatı yayana kimi cəmiyyət böyük bir etiraz kampaniyası yaratdı, bütün dünyaya səs saldı.

İndi dünən XİN rəhbərləri görüşür, amma yenə Azərbaycan XİN susur. Media olaraq bizlər yenə düşmənin verdiyi informasiyaya tərəf boylanırıq. Ermənistan Xarici İşlər Nazirliyinin həm rəsmi saytı, həm rəsmi Facebook, həm də Twitter səhifəsi Brüsseldə keçirilən görüş barədə yazıblar. Azərbaycan mediası da onlara istinadən görüşün keçirildiyini və başa çatdığını yazıb.

Qalır sonuncu məsələ.

Ermənistan XİN açıqlama versin ki, görüşdə filan məsələlər müzakirə olundu və filan məsələdə Azərbaycan tərəfi geri addım atdı. Bizim XİN mətbuat xidməti də bundan bir neçə saat sonra təkzib versin ki, düşmən hər zaman olduğu kimi yalan məlumat yayır.

Axı nə qədər olar? Nə qədər biz, “ermənilər deyir ki” yazmalıyıq? Olmazmı ki, bir dəfə də onların mediası bizim XİN-ə istinad etsin?

Aqil Mehdi

P.S. Videoda Azərbaycan və Ermənistan XİN-lərinin rəsmi səhifələrindəki informasiya müxtəlifliyini təqdim edirik.

Məqalədə : Azərbaycan XİN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru