Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
14:08
621
Erməni hərbçilər bir-birlərinə güllələdilər: Yaralılar var

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində  erməni hərbçilər arasında atışma olub. Nəticədə  zabit və  fövqəladə xidmət  əsgəri yaralanıb. FaktXeber.com-un haqqin.az-a istinadla məlumatına görə, bu barədə  erməni sosial şəbəkələrində məlumat yayılıb.

Hadisəyə səbəb kimi  müdafiə postlarının birində əsgərin döyüş mövqelərinin mühafizəsi üçün mühəndislik işlərini yerinə yetirməkdən imtina etməsi olub.

İlkin məlumatlara görə, Maqadis məntəqəsində dağ-atıcılıq polklarının  birinin  komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah hədəsi altında  əsgərə öz qəbrini qazmağı əmr edib. Təhqirə dözməyən  avtomatı ələ keçirərək zabitə atəş açıb.

Atışma nəticəsində V.Qriqoryanın boğazından yaralanıb. Əsgər bundan sonra intihar etmək istəyib.

Hadisə yerinə yetirən hərbçilər  ilkin tibbi yardım göstərərək, onları ərazidəki xəstəxanaya yerləşdiriblər.

Məqalədə : erməni əsgəri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru