Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Sentyabr

2017
10:12
518
Çempionu vəhşicəsinə öldürən Allahverənov beynəlxalq axtarışa verildi

Avqustun 20-də Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə dünya və Avropa çempionu Andrey Draçevi döyüb öldürən azərbaycanlı Anar Allahverənov beynəlxalq axtarışa verilib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin qətllə bağlı yaydığı məlumatda deyilir. Allahverənovun barəsində beynəlxalq axtarışın elan edilməsi o deməkdir ki, onun Rusiya ərazisini tərk etdiyinə dair şübhələr var.

İstintaq idarəsi bildirir ki, Anar Əliyar oğlu Allahverənovun barəsində xüsusi qəddarlıqla, xuliqanlıq zəminində qətl törətmək maddəsi ilə cinayət işi qaldırılıb. Onun yerini deyən şəxsə 500 min rubl mükafat vəd edilir.

Xatırladaq ki, bu qətl geniş rezonansa səbəb olub. Kiqboksinqlə məşğul olan Allahverənov Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və daha sonra ona zərbələr endirərək yerə yıxıb, başına və sifətinə zərbələr endirərək öldürüb. Anar Allahverənovun Xabarovskda reket və sifarişlə adam döymək kimi əməllərlə məşğul olan qruplaşmanın üzvü olduğu bildirilir.

Məqalədə : Anar Allahverənov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru