Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
12:02
164
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

Bu gün Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib.

Təqdimat nazir müavini İlhamə Qədirovanın iştirakı ilə baş tutub.

O, qeyd edib, sistem bütün kənd təsərrüfatı proseslərini özündə ehtiva edir: “Bu, fermerlərə çıxışı, səmərəliliyi və şəffaflığı təmin edəcək”.

Nazir müavininin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi aqrar sektorun digər dövlət qurumları ilə əlaqəli şəkildə inkişafına kömək edəcək.

KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, fermerlər yeni sistemdə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yarada biləcəklər: “Fermer torpaq sahəsini, əkəcəyi məhsulu, gözlədiyi məhsuldarlıq göstəricisini qeyd edəcək. Ölkə üzrə 400 min fermer məlumatlarını daxil etdikdən sonra biz biləcəyik ki, Azərbaycanda nə əkilir".

Bundan başqa, V.Hüseynovun sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərə nə əkməkdə qərar verməyə də kömək edəcək: “Sistemin gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın yaradılması imkanları var. Bu sistem vasitəsilə vətəndaşlar subsidiya üçün də müraciət edə bilərlər”.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com