Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
10:45
395
Eldar Əziziov küçəni restorana çevirənləri cəzalandırdı

Bir neçə gün əvvəl Nigar Rəfibəyli B/37 ünvanında yerləşən "PASSAGE 145" restoranı ilə bağlı sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar. Müraciətdə restoranın piyadaların gediş-gəlişinə mane olması bildirilib.

Şikayətçilər bildirirlər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (MİS) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet”dən alıblar” cavabını verib.

Vətəndaşlar məhz bu səbəbdən BŞİH-nə müraciət ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a açıqlamasında Eldar Əzizovun məsələ ilə şəxsən maraqlandığını bildirib:

“İcra başçısı sakinləri narahat edən məsələ ilə bağlı sözügedən əraziyə özü şəxsən gedib. Əhalinin haqlı narazılığının şahidi olub. Bu səbəbdən də sakinlərin maraqlarına uyğun olaraq restoranın qanunsuz fəaliyyət göstərən bu hissəsinin bağlanması ilə bağlı qərar verib”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Restoran Eldar Əzizov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2019 20:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru