Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2012
12:23
Elşad Abdullayevin videolarını kölgədə qoyacaq audio yazılar
“Yaxın zamanlarda çox ciddi ifşaların şahidi olacağıq”

“2009-cu ilin 15 dekabr tarixində mənə və həyat yoldaşıma avtomobil qəzası törətməklə sui-qəsd cəhdi olmuşdu. Həmin gün yola çıxmağımızı yalnız telefon danışıqlarını izləməklə öyrənmək mümkün idi”

İsveçli araşdırmaçı-jurnalistlər Frederik Laurin, Sven Bergman və Joachim Dyfvermark səhmlərinin xeyli hissəsi bu ölkənin hökumətinə məxsus olan "TeliaSonera" kommunikasiya şirkətinin Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya 250 milyon dollar rüşvət verməsi faktını ifşa ediblər. Kommunikasiya şirkəti olan TeliaSonera həm də Azercell-in səhmdarıdır və bu mobil operatorla bağlı araşdırma aparan TV-jurnalist Joachim Dyfvermark-la xeyli müzakirələrimiz və fikir mübadilələrimiz olub. Xüsusilə də Azərbaycanda müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin mobil telefonlarının dinlənilməsi ilə bağlı...Nəticələri yaxın zamanlarda gözləyin!” 

Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu facebook səhifəsində məlumat yayıb. Müxalifət nümayəndələrinin telefon danışıqlarının dinlənilməsi bu günə qədər hamıya məlum idi. Bəs bu ifşalar nədən ibarət ola bilər? Faktxeber.com-un sualı ilə bağlı açıqlama verən Ərəstun Oruclu bildirdi ki, çox ciddi faktlar üzə çıxacaq. Müsahib qeyd etdi ki, Azərbaycan, Rusiya və Özbəkistan tipli qeyri-demokratik tipli cəmiyyətlərdən fərqli olaraq, qərb cəmiyyətlərində yaşayan vəzifəli insanlar qanunun təqibindən ehtiyatlanırlar: “Ona görə də həmin insanlar müəyyən mənəvi sərhədləri qorumağa məcburdurlar. Çünki onlar ictimai qınağa tuş gəlmək istəmirlər və ona görə də həqiqəti söyləyirlər. Həmin TeliaSonera ilə bağlı İsveç jurnalistlərinin araşdırmasında da iki nəfər belə adam tapılıb. Hansılar ki, üzlərini bağlayaraq kamera qarşısında həqiqətləri söyləyiblər.”

Yaxın zamanlarda çox ciddi ifşaların şahidi olacağımızı bildirən Ərəstun bəy, “ çünki biri var biz ehtimal edək. Şəxsən mənim özümlə bağlı dinləmələrim, izləmələrim və.s kimi məsələlərlə bağlı sübutlarım var. Onları ifşa materialı kimi gündəmə çıxarıb müzakirə predmeti etmək istəmirəm”, deyə bildirdi: “Buna ehtiyac yoxdur. Qanunsuz olan bütün əməllər əslində məhkəmə predmeti olmalıdır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda nə məhkəmə var, nə də ki, qanun işləyir və hər şey bir ailənin maraqlarına tabe olur, belə vəziyyətdə bütün əməlləri törədənlər də məhz bu maraqlara görə addım atırlar. Təbii ki, bunların hamısı effektiv mübarizə vasitələri deyil. Amma bu ifşalar ki, dünyadan və beynəlxalq mətbuatdan gəlir, belə olan halda bunun çox ciddi effektlər verəcək. Səbəb isə çox sadədir. Özbəkistan, Rusiya, Azərbaycan kimi mağara təfəkkürü ilə idarə edilən ölkələrdə xalqın talanan pullarının Qərb şirkətlərinə rüşvət şəkildə verilməsi artıq Qərbin dəyərlərinə və mövcud olduğu bazisə təhlükə törədir. Eyni halda , bu hal qlobal təhlükəyə çevrilib."

Ərəstun bəy onu da bildirdi ki, artıq hakimiyyətin ifşası ilə bağlı son 2-3 il ərzində proseslər başlayıb: “Fikir versək görərik ki, son 2-3 il ərzində nə qədər maliyyə fırıldaqları ilə bağlı ciddi ifşalar həyata keçirildi. Əminəm ki, yaxın zamanlarda bu hal daha da ciddiləşəcək. Azərbaycan hakimiyyətinin öz əməlləri ilə bu prosesdən kənarda qalmasını düşünmək həddən artıq optimist yanaşma olardı. Düşünürəm ki, proses başlayıb və çox ciddi şəkildə davam edəcək. Dünya dəyişir və bunun üçün də köhnə tör-töküntülər təmizlənməlidir. ”

İfşaların hansı zamanda veriləcəyi ilə bağlı məlumata malik olmadığını bildirən müsahib, “ 2009-cu ilin 15 dekabr tarixində mənə və həyat yoldaşıma avtomobil qəzası törətməklə sui-qəsd cəhdi olmuşdu. Həmin gün yola çıxmağımızı yalnız telefon danışıqlarını izləməklə öyrənmək mümkün idi”, - deyə bildirdi: “Bu hadisənin detallarını o qədər də ciddi araşdırmamışam. Lakin digər özümə aid məsələlərlə bağlı ciddi araşdırmalarım olub. Eyni halda bu tip cinayətlər törədənlər qabaqcadan iz buraxmamağa çalışırlar. Amma izsiz qalan cinayət də yoxdur.” 

“İfşa olunacaq materiallar kimlərə aiddir? Bura müxalifət nümayəndələri də daxildirmi”, sualını da cavablandıran Ərəstun bəy, “güman edirəm ki, bura həm müxalifət nümayəndələri, həm də ki, hökumət nümayəndələri daxilidir. Müxalifət nümayəndələrinin telefonlarının dinlənilməsi siyasi motivlərlə həyata keçirilirsə, iqtidar nümayəndələri ilə bağlı bu proses iqtisadi və maliyyə məsələləri ilə bağlı istifadə edilir”, - deyə bildirdi: “ Təbii ki, dinləmələr, izləmələr və bu tip digər yaramaz əməllər bir sıra hallarda insanların sərvətinə və onların mülkiyyətinə sahib olmaq məqsədi də güdür. Dəxli yoxdur bu mülkiyyətlər oğurluqdur və ya özününküdür. Söhbət bir oğrunun o biri oğrunu talamaqdan gedir. Təbii ki, həmin oğrular da müxalifətdə deyil.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43069

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41383

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42947

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42462

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47993

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42409

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42803
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 02:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru