Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
15:10
1471
Ekologiya Nazirliyində sahibkarlarla görüş olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində sahibkarlarla görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində ətraf mühitə mənfi təsirlərin azaldılmasına nail olunması, onların fəaliyyətlərinin qanunvericilik prinsipləri əsasında qurulması, texnoloji yeniliklərin tətbiqi, ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsi  olub.

131 sahibkarın iştirakı ilə keçirilən görüşdə Bakı şəhərində yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, atmosferə atılmaların azaldılıması, plastik tullantıların düzgün idarə olunması, dənizə axıdılan axarların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb, istehsalat və istismar prosesində ekoloji tələblərin yerinə yetirilməsi, ətraf mühitin qorunmasında seçilən şirkətlərin motivasiyası müzakirə olunub. Sahibkarların üzləşdikləri çətinliklərin öyrənilməsində, monitorinq və araşdırmalar aparılarkən sahibkarlarla qarşılıqlı əməkdaşlığın qurulmasında, şəffaf icazə və rəy sisteminin yaradılmasında nazirliyin maraqlı olduğu onların diqqətinə çatdırılıb.Sonra sahibkarların müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ekoloqiya Nazirliyi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com