İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum
 

Ehtiyaclı insanlar gözünü pensiya artımına dikib
Bəs artım nə vaxt olacaq?
Şərh yaz

Heç kəsə sirr deyil ki, pensiyaların məbləği nə qədər artsa da, pensiyaçıların ehtiyaclarını tam ödəmək iqtidarında olmur. Bu da ölkədə istehlak səbətinin bahalığı, əmək haqları və əmək pensiyalarının məbləğinin minimum yaşayış səviyyəsi ilə uzlaşmamasından irəli gəlir. Ümumiyyətlə, yaşa dolmuş insanlar üçün təqaüdə çıxmaq faciə kimi yaşanır. O səbəbdən ki, ümumi təqaüd məbləği aşağıdır və qarşıda onu ağır təqaüd illəri gözlədiyini bilən insan bu sarıdan depressiyaya düşür. Azacıq məbləği nəyə, hara sərf edəcəyini, necə xərcləyəcəyini min dəfə ölçüb-biçir. Bu, sovet vaxtı da belə idi, indiki müstəqillik illərində də.

Hələ sovet vaxtı insanlar təqaüdə çıxmağa hazırlaşanda adlarını ağır işlərə yazdırırdılar ki, təqaüdləri çox çıxsın. Rüşvətlə, tanışlıq yolu ilə saxta əmək stajı yazdıranlar da olurdu. İnsan bu... Gələcəyini təmin etməyə çalışır. İndi də vəziyyət elə də fərqli deyil. Təqaüdə çıxmaq iqtisadi böhrana düşməklə eyni səviyyədə götürülür. İnkişaf etmiş ölkələrdə insanlar təqaüdə çıxmağı həsrətlə gözlədikləri halda, bizdə bu, böyük sıxıntılara, acı həyata bərabərdir. Əksər Qərb ölkələrində insanlar istər əmək stajı, istərsə də yaşa görə pensiyaya çıxırlar və aldıqları pensiya ilə nəinki əla dolanır, həm də tam azadlıq və sərbəstlik əldə edərək günlərini dünyanı gəzməyə sərf edirlər. Bunun sübutu kimi Azərbaycana gələn turistlərə nəzər yetirmək kifayətdir. Onların böyük əksəriyyəti məhz ahıl insanlardır. Bizim qocalar qəpik-qəpik pul sayıb görəsən bu məbləğ çörək almağa çatar, ya yox düşünən vaxtda, Avropanın qocaları qol-qola girib paytaxtımızın görməli yerlərini seyr edirlər.
   
Təsəvvür edək ki, əlinə 85 manat alan pensiyaçı bunu nəyə sərf edəcək?
   
Bu sualı qocalara verəndə "daş atıb başlarını tuturlar" ki, heç nəyə çatmaz bu pul. Bu pula evini keçindirəsən, yoxsa özünü?
   
Düzdür, artım olur. Amma bazarda qiymətlər ondan qabağa düşür. Artırılmış pensiyanı əlimizə almağa macal tapmamış qiymət artımı başımızın üstünü kəsdirir. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə bu günlərdə pensiyaçılara şad xəbər verib. Deyib ki, gələn il pensiyaların baza hissəsi artırılacaq.
  
Hazırda pensiyaların baza hissəsi 85 manatdır
 
Azərbaycanda yaş üzrə əmək pensiyalarının baza hissəsinin növbəti artımı 2013-cü il üçün nəzərdə tutulub. 2013-cü ildə baza hissəsinin 105 manata, 2014-cü ildə 110 manata, 2015-cü ildə isə 115 manatadək artırılması nəzərdə tutulur.
   
Bununla yanaşı, pensiyaçılar üçün pensiyaların baza hissəsinin yaşayış minimumuna nisbəti 2012-ci ildə 103,6 faiz təşkil edib. 2013-cü ildə isə 103,9 faiz, 2014-də 102,4 faiz, 2015-də isə 101,2 faiz təşkil edəcək.
   
Məlumdur ki, Azərbaycanda əmək pensiyası iki hissədən - baza və sığorta hissəsindən ibarətdir. Gələn il isə Azərbaycanda əmək pensiyalarının həcminin artımı gözlənilir. Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib: "Gələn il yanvarın 1-dən 2012-ci ilin inflyasiyasına uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdiriləcək. Bu gün baş verən proseslər göstərir ki, sosial sığorta üzrə ödənişlərin həcmi dinamik artır. Bu, pensiyaların baza hissəsinin maliyyə mənbələrinin formalaşdırılması üçün zəmanət yaradır və bu, 2013-cü ildə pensiyaların baza hissəsinin artması haqqında danışmağa əsas verir". S.Müslümov qeyd edib ki, hazırda pensiyanın baza hissəsi 85 manatdır. Artım DSMF-nin cari ilin yekunları üzrə gəlirlərinin nə qədər artacağından asılı olacaq.
   
Azərbaycanın pensiya siyasəti haqqında İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin baş mütəxəssisi Pərviz Heydərov "Gün.az" saytına şərhində geniş danışıb.
   
Pensiyaların sığorta hissəsinin artımı böyük əhəmiyyət daşıyır
   
- Hər il bütün növ əmək pensiyalarının sığorta hissəsinin yanvarın 1-dən etibarən, əvvəlki il ərzində ölkədə qeydə alınan inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılması, əhalinin gəlirlərinin bilavasitə adıçəkilən ödənişdən asılı olan hissəsinin sosial müdafiəsini gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Əvvəla ona görə ki, başa çatmış il ərzində ölkə üzrə istehlak qiymətlərinin artımı nəticəsində həmin pensiyaların itirilən dəyəri bu yolla bir növ bərpa edilir. İkincisi isə, ölkədə pensiya məbləğlərinin artırılmasının bir yolu da məhz bundan keçir.
   
Prezidentin ölkədə 2006-cı il yanvarın 1-dən sığorta-pensiya sisteminin işə düşməsilə əlaqədar verdiyi müvafiq sərəncamlara əsasən, 2007-ci ildən etibarən tətbiq edilən bu proses qeyd edək ki, əvvəlki il ərzində ölkədə qeydə alınmış inflyasiya səviyyəsinə görə ilk dəfə 8,3, 2008-ci ildə 16,7, 2009-cu ildə 20,8, 2010-cu ildə 1,5, keçən il isə 5,7 faiz həyata keçirilmişdi.
   
Cari il isə bütün növ əmək pensiyalarının sığorta hissəsi məlum olduğu kimi istehlak qiymətləri indeksinin keçənilki 7,9 faiz səviyyəsinə uyğun olaraq artırılacaq ki, bu da hesablamaya uyğun olaraq, əmək pensiyalarının mövcud məbləği yüksək olanlarda yenə, daha yaxşı hiss olunacaq.
   
Bəs, pensiyaların baza hissəsi, başqa sözlə desək, minimal məbləği nə vaxt artırılacaq?
   
Xatırladaq ki, hazırda bu məbləğ sonuncu dəfə 2010-cu ilin sentyabrın 1-dən 13,6 faiz artırıldıqdan sonra 85 manat səviyyəsindədir. Ölkədə 2006-cı il yanvarın 1-dən yeni sığorta-pensiya sistemi işə düşdükdən 2010-cu ilin oktyabrın 1-dək olan dövr ərzində minimum pensiya məbləği 3,4 dəfə artırılıb ki, bu zaman orta aylıq əməkhaqqı üzrə həmin rəqəm dörd dəfə təşkil edib.
   
2006, 2007 və 2008-ci illərdə o, hər dəfə 5-10 manat səviyyəsində olmaqla ildə iki dəfə artırılıb.
   
2009-cu il ərzində isə pensiyaların baza hissəsində artım həyata keçirilmədi.
   
Ümumiyyətlə, ölkədə yaşa görə əmək pensiyalarının baza məbləği, demək olar ki, hər dəfə minimum əməkhaqqı ilə eyni zamanda və bərabər səviyyədə artırılıb.
   
Ancaq keçən il bu tendensiya pozuldu. Belə ki, ilin sonunda ölkədə minimum əməkhaqqı məbləği 93,5 manat müəyyən edilsə də, bir sıra sosial ödənişlər də daxil olmaqla, büdcədən maliyyələşdirilən əksər qurumlarda çalışan işçilərin də Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları bəlli səviyyədə artırılsa da, minimum pensiya məbləği 85 manat həddində qaldı.
   
Bunu ilk baxışda keçən ilin iyulun 1-dən etibarən, ölkədə əmək pensiyalarının yenidən hesablanması tədbiriylə də əlaqələndirmək olar. Belə ki, qeyd olunan tədbir nəticəsində ötən ilin yerdə qalan yarım ili ərzində pensiyaçılara əlavə olaraq 200 milyon manata yaxın vəsait ödənildi ki, bununla da pensiyaların vahid prinsiplə hesablanması qaydası təmin edilərək, islahat nəticəsində keçən il iyulun 1-nə qədər 85 manat səviyyəsində pensiya alan 482 min nəfərin pensiya məbləği orta hesabla 44 manat və yaxud 52 faiz artdı.
   
Həmçinin, islahat nəticəsində cari ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 400 milyon manat təşkil edəcək ki, bu da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2012-ci il büdcəsinin 17 faizi deməkdir.
   
Lakin problem bunda deyil. Məsələ ondadır ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov cari ildə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilərək artırılmasının ölkədə pensiya məbləğlərinin yüksəldilməsi istiqamətində birinci addım olduğuna işarə edərək, növbəti artımınsa yalnız sosial sığorta daxilolmaların həcmindən asılı olacağını deyib.
   
"Əməkhaqlarının leqallaşdırılması və işçilərin qeydiyyatı sahəsində aparılan işlər nə qədər tez səmərə verərsə, pensiyaların baza hissəsinin artırılması üçün də bir o qədər geniş imkan yaranar" deyə, S.Müslümov bildirib.
   
Əmək pensiyalarının sabit və dayanıqlı maliyyələşdirilməsi üçün şübhəsiz ki, bu vacibdir. Qeyd edək ki, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda da qeyd olunan məsələ, qarşıya vəzifə olaraq qoyulmuşdu.
   
Bəllidir ki, ölkədə mövcud vergi siyasətinin təkmilləşdirilməsi və bir sıra stimullaşdırıcı, o cümlədən inzibati tədbirlər vasitəsilə də əməkhaqlarının gizlədilməsinə qarşı, həmçinin işəgötürənlə işçi arasında müqavilələrin bağlanmasına nəzarət gücləndirilməkdədir.
   
Ancaq həmin sənəd məcburi sosial sığorta ödəmələrinin toplanması mənbələrinin real pay səviyyəsini də dəyişməyi zəruri sayır ki, bu da işəgötürənlə işçi arasında müvafiq olaraq, hazırkı 22+3 faiz nisbətini ilkin mərhələdə 20+5 faizlə əvəz etməyi nəzərdə tutur.
   
Real olaraq, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin isə maaşlarından 3 faiz sosial ayırma tutulması kifayət qədər ağır "yükdür". Bu baxımdan, işəgötürənlər üzrə sözügedən rəqəmin 20 faizə endirilməsi şübhəsiz ki, müsbət nəticə verəcək.
   
Ancaq bunun müqabilində işçilərin əməkhaqlarından tutulan ayırmanın səviyyəsinin 5 faizədək artırılması isə bizcə, eyni nəticəni verməyə bilər.
   
Həmçinin, ölkədə minimum pensiya məbləğinin artım tempinin sosial sığorta daxilolmalarının həcmindən asılı olduğu düzgün hesab edilsə də, bunun bilavasitə işçilərin əməkhaqlarından tutulan sosial ayırmaya bağlılığı tam məntiqi deyil.
   
Doğrudur, DSMF sədri S.Müslümov demişkən, bu proses qonşu ölkələrdə artıq çoxdan başlanıb. Odur ki, işçilərin gələcək sosial müdafiəsinin təşkili baxımından bu addımın bizdə də atılması vacib sayılır. Lakin bu məsələyə fiziki şəxslərdən gəlir vergisi dərəcələrinin aşağı salınmasıyla eyni zamanda baxılması bizcə, daha məqsədəuyğun olardı.
   
Hələlik isə məlum olan budur ki, pensiyaların baza hissəsinin artırılması məsələsinə 2013-cü ildə baxılacaq. Belə ki, gələn il o, indiki 85 manatdan 105-ə, 2014-cü ildə 110-a, 2015-ci ildə isə 115 manata qaldırılacaq. \
Məlahət Rzayeva/Şərq
 

Mənbə :
Teqlər :
Ehtiyaclı - insanlar - gözünü - pensiya - artımına - dikib -
Paylaş :
Mail Yazdır Şərh yaz 1 dəfə şərh edilib
13-10-2012 11:48 - 36376 dəfə oxunub
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın
Şərhlər
danbas kendinden tərəfindən 14-08-2013 Tarixində yazıldı
--ilahm eliyevden sorusan yoxdur ki, sen xaq istemir sen hec gormek istemirler niye xalqi 2 ildik aldadirsiniz. pensiya qalxagaq amma qalxmir . xalqin pulun yeyrsiniz alah qoysa bu vaxt olmasada gehnnemde goruserik sizin nesilikle buruvuzdan geldiyyini arzulayram . selim muslimov bizim masimizi verse . nege dovlet qulq cularina veri ha bizde hele versin onlarin var yoxuna pis deyrem omr boyu xalq taliyrlar tequte cxanda ise yaxsi pensya alirlar. mende bu dovletin vetandasiyam 1-qup muharbe eliyem selm meni tequtum vermedi ki sen yaxsi pula cxmisan 2008 -ci ilde sebe vere bilmerem yixsa bakarimin olumunde seni puluvu islede bilmyegeyem yada prizdentin balsi olnde .przdende birde yoldasda balsini olduyun gozleri ile goregek menim pulum vermediyine gor o pula harmi olsun.
Cəmiyyət
02-06-2015 21:11 Azərbaycanda çimərlik mövsümü açıldı - Bu çimərliklər təhlükəlidir
02-06-2015 20:41 Ata-anasını Xocalıda itirən məcburi köçkün Azərbaycanı tərk etmək istəyir
02-06-2015 16:01 Bakıda yanmış bina sakinlərinə müjdə
02-06-2015 15:28 Hadı Rəcəbli: Qız uşaqları daha sədaqətlidir
02-06-2015 15:21 Qamət Süleymanov Elşad Miri və Əlixan Musayev haqda... - FOTO
02-06-2015 14:53 AMEA: "Qərbin təsiri ilə Azərbaycan xalqını ləkələyən həmcinsbazlar yaranıb"
02-06-2015 14:30 Cahangir Hacıyev Azərbaycandan qaçıb ? - AÇIQLAMA
02-06-2015 12:56 Bakının bu ay bağlı olacaq yolları - ÜNVANLAR
02-06-2015 12:34 Azərbaycan məmurlarının BİZNES PLANI
02-06-2015 12:19 Mübariz Qurbanlı: "19 qeyri-islam dini icmaya 380 min manat ayrıldı"
02-06-2015 11:35 İlhamə qaça bilməsə də, hərəkət edəcək - Nazirdən məşəl açıqlaması
02-06-2015 10:23 İlham Əliyev: Artıq neft amilindən daha az asılıyıq
02-06-2015 10:11 Rayon maşınları yoxlanılır - Bakı-Sumqayıt yolunda böyük tıxac - FOTO
02-06-2015 09:53 Koalisiya üzvləri Avropa Oyunları Əməliyyat Komitəsində görüş keçirib
02-06-2015 09:18 Bakıya əlavə polis qüvvələri gətirilib
01-06-2015 21:29 Rayon qeydiyyatlı maşınlar Bakıya girişdə belə saxlanılır - FOTO
01-06-2015 19:48 Rayon qeydiyyatlı maşınlar Bakıya girişdə belə saxlanılır - FOTO
01-06-2015 16:54 Cəlal Əliyev xəstəxanaya yerləşdirildi
01-06-2015 16:43 Qazaxda bir kəndin 70 sakini aclıq aksiyasına başladı - FOTO
01-06-2015 15:30 Milli Şuranın mitinqinin sürpriz qonağı - VİDEO
01-06-2015 15:17 Azərbaycanda restoran və kafelərdə YAĞ QADAĞASI
01-06-2015 15:14 Bu gün Eldəniz Quliyevin məhkəməsidir
01-06-2015 12:55 Bakıya buraxılmayacaq maşınların siyahısına bu nömrə də daxil edildi
01-06-2015 12:05 İki övladı ilə yanğında həlak olan ananın “Alın Yazısı” - VİDEO
01-06-2015 11:56 Bulvardakı bu xidmət hər kəsi sevindirəcək - MÜTLƏQ OXUYUN!
01-06-2015 11:29 "Azəryolservis" Prezidentin sərəncamını niyə saymır?
01-06-2015 11:01 Jurnalistin Avropa Oyunlarına akkreditasiyası ləğv edildi
01-06-2015 10:12 Rayon avtomobillərinin Bakıya girişi qadağası başladı
01-06-2015 09:15 Sökülən villalarla bağlı merdən növbəti açıqlama - Ağac əkilir - VİDEO
31-05-2015 21:01 Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan etdilər - FOTO
30-05-2015 18:12 Hansı nazir hansı rayona gedəcək?
30-05-2015 13:02 Bakı-Xırdalan-Sumqayıt yolundan nə xəbər?
30-05-2015 11:47 Qalmaqallı parkın sahibi kimdir? – “Bizə aidiyyəti yoxdur”
30-05-2015 11:26 100-dən çox sürücü səhəri cərimə ilə açdı - FOTO
30-05-2015 10:35 Tədris həftəsi 6 günlük olan məktəblərdə “Son zəng” keçirilir
30-05-2015 10:29 Bakı-Sumqayıt şosesində tıxac yaranıb
29-05-2015 21:56 Hansı marşrutların hərəkəti bərpa ediləcək?- Siyahı
29-05-2015 20:12 Uşaqlara içki və siqaret satanların işi ağırlaşdı
29-05-2015 19:58 Ailə qurmaq istəyənlər mütləq oxusun - Son vəziyyət!
29-05-2015 17:10 Bakıda 6 saata 500 sürücü cərimələndi - FOTO
29-05-2015 16:59 "Çox çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsi dini müharibəyə çevrilməsin”
29-05-2015 16:54 DQİDK dini icmalara maliyyə yardımı ayırmağa başlayıb
29-05-2015 15:42 DİQQƏT! Sabahdan etibarən bu avtomobillərin Bakıya girişi qadağandır
29-05-2015 14:59 “Ziya Məmmədov qudasıdır, ürəyi yanırsa, ondan xahiş etsin”
29-05-2015 14:51 Beynəlxalq Bankın taleyi barədə Milli Məclis müzakirə etdi
29-05-2015 14:32 Avropa Oyunları zamanı kiberhücumlara qarşı böyüktutumlu qorunma sistemi yaradılıb
29-05-2015 14:33 Etibar Hüseynov sərt danışdı: “Heç bir ölkədə belə biabırçılıq yoxdur”
29-05-2015 14:35 Nizami Piriyev: “Borcumun bir hissəsini qaytardım”
29-05-2015 12:39 Yunanıstan XİN rəhbəri İrana neftin daşınması üçün donanma təklif edib
29-05-2015 11:10 Milli Məclis yaz sessiyasının son iclasını keçirir
29-05-2015 10:10 Yol polisinin yeni maşınları və üstünlükləri – VİDEO
29-05-2015 09:35 Azərbaycanda külәk parkı işə salınıb
29-05-2015 09:22 Ermənilərin Ağdamda törətdiyi yanğınlar davam edir - FOTOSESSİYA
29-05-2015 09:21 “Qollarımı qandallayıb aşağıya apardılar”- Nehrəmli efirdə - VİDEO
28-05-2015 11:49 Bakıda avtobusda daha bir sürücü özbaşınalığı: Çənəni sındıraram (VİDEO)
27-05-2015 23:19 Tərtərdə minaya düşən əsgərin anasından təsirli sözlər (VİDEO)
27-05-2015 22:19 Nardaranda etiraz aksiyası keçirilib
27-05-2015 21:04 Sabah bu yollar bağlı olacaq - SİYAHI
27-05-2015 16:42 Azərbaycanda seçicilərin sayı açıqlanıb - RƏSMİ
27-05-2015 14:51 Avropa Oyunları vaxtı Bakıdakı bəzi parkomatlar işləməyəcək - RƏSMİ

Xəbər Lenti
Sorğu
Səs ver Nəticələr

Cəmiyyət Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb İdman
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
Mədəniyyət Maraq Dünyası
Mənəviyyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Video
Tarix Elm-Texnologiya
Reportaj
Valyuta.com

® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az