Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2018
17:36
Edama aparıldığı görüntüləri 28 ay sonra izlədi - VİDEO

Fətullahçı Terror Təşkilatının Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdi zamanı başından vurulan Polis Baş İdarəsinin Terrorla Mübarizə şöbəsinin rəisi Turqut Aslan təxminən 28 ay əvvəl çevrilişçilər tərəfindən başına gətirilənləri ilk dəfə izləyib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, xuntaçılar tərəfindən edama aparıldıqları anları izləyən Turqut Arslan o gecəni bir daha yaşaıb. 

Havada vertolyotları görəndə anormallıq olduğunu hiss etdiyini söyləyən Aslan, Beştəpədəki Jandarm Baş Komandanlığına gedəndə əlləri bağlanaraq girov götürdüyünü deyib.

Gözləri bağlanaraq ona tuşlanan avtomatların qarşısında səhər saat 06.00-a qədər mühafizəçisi ilə birgə girov saxlanıldığını bildirən Aslan, bu zaman təsadüfi gülləyə tuş gəlmələri üçün bir müddət pəncərə qarşısında saxlandıqlarını vurğulayıb.

Onu girov götürən şəxslərdən su istədikdə, "onların sözü keçməz, ordu nəzarəti ələ keçirib", cavabını aldığını deyən Aslan, "səhər saat 6-da başımdan vurdular. mühafizəçim Həsən Gülhan şəhid oldu. Kəllə-beyin əməliyyatı olmuşam və 5 ay komada qalmışam. Öldürməyən Allah öldürmür", - deyə bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FETÖ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com