Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 İyul

2017
16:51
679
İŞİD özünə yeni “dövlət” yaratdı

İŞİD terror təşkilarının  liderləri Mosulun qərbində Təl-Əfər şəhərini müstəqil «dövlət» elan ediblər. FaktXeber.com-un İraqiNews-a istinadla məlumatına görə bu barədə Al-Sumariya xəbər yayıb.

«Təl-Əfərdə İŞİD rəhbərliyi qısa bəyanatda elan edib ki, şəhər «xilafətdən» müstəqil dövlət olub və sakinlər qanunu pozacaqları halda sərt şəkildə cəzalandırılacaqları ilə xəbərdarlıq edliblər», - deyə mənbədən agentliyə bildirilib.

«Son bir neçə həftədə kütləvi edamlar nəticəsində yerli liderlər öldürüldükdən sonra Təl-Afar tamamilə ərəblər və xaricilərin nəzarətindədir», - deyə o, əlavə edib.

Bütün bunlar İŞİD lideri Əbu Bəkr əl-Bəğdadinin ölümünün terror təşkilatı tərəfindən rəsmən təsdiqlənməsindən sonra baş verib. Ötən həftə terrorçular bütün şəhərdə cümə namazını təxirə saldılar, beləliklə şəhərdə komendant saatı elan olundu və «xilafətin» sonuncu yerli lideri edam edildi.

Bir neçə gün öncə isə  İŞİD terror təşkilatının Havicadakı lideri  Bağdadidən sonra özünü xəlifə elan edib.

«Xauxiyada İŞİD rəhbəri Əbu Həytəm əl-Obaidi qruplaşmanın komandanlığı ilə razılaşmadığını bildirdi və Bağdadinin ölümündən sonra özünü xəlifə elan etdi», deyə Xalq Səfərbərlik Qüvvələrinin  lideri  Cabbar Əl Məsuri bildirib. Onun sözlərinə görə, Obaidi öz tərəfdarları ilə  Xaviyaya gedib  və rəqibləri ilə ciddi  döyüşlərə hazırlaşır.

 «Xaviya, İŞİD üzvləri arasında qanlı müharibəyə hazırlaşır. Bu, 2014-cü ildə terror təşkilatının Xaviyanı ələ keçirməsindən bəri ən ciddi münaqişə olacaq», - deyə Məmuri bildirib.

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru