DYP valideyinlərə müraciət edib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
14:48
1966
DYP valideyinlərə müraciət edib

"Yol Patrul Xidməti iyunun 14-də gücləndirlimiş iş rejimində xidmət aparacaq.Təhlükəsizliyin təmin olunması məqsədi ilə "Son zəng" tədbirlərinin keçirildiyi ərazilərdəki yollar nəzəratə götürüləcək".

Bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.  

O bildirib ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər barədə ciddi inzibati tədbirlər görüləcək: "Bir daha valideynlərə müraciət edərək bildiririk ki, sürücülük vəsiqəsi olmayan şəxslərə idarə etmək üçün avtomobillərin verilməsi "Yol hərəkəti haqqında" qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq madəsinin pozulmasıdır və inzibati xətadır. Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb ola bilər. Ona görə də valideynlər bunu nəzərə almalıdılar. Onlar sürücülük vəsiqəsi olmayan övladlarına idarə etmək üçün avtomobil verməsinlər. Bu təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır".

V.Əsədov əlavə edib ki, ötən il 11-ci snif şagirdinin sürcülük vəsiqəsi olmadan avtomobili idarə etməsi 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nqəliyyat hadisəsinə səbəb olmuşdu: "2015-ci ildə isə "Son zəng" tədbirləri zamanı məktəblinin sürcülük vəsiqəsi olmadan idarəetdiyi avtomobil ölümlə nəticələnən yol qəzası törətmişdi". 

İdarə rəsmisi vurğulayıb ki, "Son zəng" tədbirlərinin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə süni sıxlıq və tıxacların yaranmamsı üçün YPX əməkdaşları həmin ərazilərdə xidmət aparacaqlar: "Yollara bitikiş təhsil müəssisələri ətrafında yolun hərəkət hissəsinin 2-ci cərgəsində park etdirilən nəqliyyat vasitələrinin sürcüləri barədə də inzibati tədbirlər görüləcək. Dayanma-durma və parklanma tələblərinin düzgün yerinə yetirilməsi qanunun tələbidir, yol hərəkətində mədəniyyətin formalaşmasıdır. Bu, həm də digər yol hərəkəti iştikaçısının yoluna davam etməsinə mane olmamaqdır". 

***

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarədən bildirilib ki, BDYPİ sürücülərin və avtomobil sahiblərinin işini daha da asanlaşdırmaq, cərimə və digər məlumatları vaxtında əldə etmək, bununla da sonradan yaranan müxtəlif problemlərin qarşısını almaq üçün bəzi məqamlara diqqət etməyi tövsiyə edir.

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 125.5-ci maddəsində sürücülərin üzərinə düşən vəzifələr əksini tapıb. “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş və İXM-nin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar ASAN ödəniş sisteminə də göndərilir. Bu o deməkdir ki, sürücülər cərimələr barədə həm elektron poçt, həm Asanpay.az saytındakı elektron kabinet, həm də mobil telefondan pulsuz SMS vasitəsilə məlumat ala bilirlər. Onu da nəzərə almaq lazımdır ki, sözügedən məsələ “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində də əksini tapır: "Öz rahatlığınız üçün bu cür informasiyaların təqdim olunması tövsiyə edilir".

Məqalədə : DYP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 11:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com