Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Aprel

2017
16:02
1616
Döyülən hamilə qadın körpəsini itirdi

Şirvanda hamilə qadın döyülüb, nəticədə körpəsini itirib.

FaktXəbər-in ARB-yə istinadən verdiyi məlumata görə, şəhər sakini 29 yaşlı Elşad Mədətov 7 aylıq hamilə olan həyat yoldaşı, 21 yaşlı Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib. Kərimova ağır vəziyyətdə Şirvan doğum evinə çatdırılıb.

Vaxtından əvvəl və xəsarətlərlə doğulan uşaq dünyaya gəldikdən 10 dəqiqə sonra ölüb. Körpənin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsinə aparılıb.

Ülviyyə Kərimovanın yaxınlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb.

Elşad Mədətov polisə çağırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru