Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Aprel

2017
12:25
950
“Döyüş Gündəliyi. Talış” sənədli filmi Rusiyada nümayiş etdirilib

Hərbi bloger Tofiq Şahmuradovun “Döyüş Gündəliyi.Talış” sənədli filmi Moskvada təqdim edilib. Təqdimetmə mərasimi filmin yaradıcı heyətinin iştirakı ilə baş tutub. Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə keçrilən təqdimetmə mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib. 

Bu barədə FaktXəbər-ə Tofiq Şahmuradov məlumat verib.

Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açıb. Tədbirin təşəbbüskarı olan tanınmış jurnalist salamlama nitqində filmin niyə Moskvada keçrilməsini Rusiyadakı icmamızın bu kimi mövzuda tədbirlərə ehtiyac duyması və bu sahədə illərlə müşahidə olunan boşluğu doldurmaq niyyəti ilə izah edib. Onun fikrincə, 2016-cı il aprel döyüşlərində əldə edilən hərbi-siyasi uğurlar barədə məlumatlandırma, təbliğat və düşmən təbliğatına qarşı əks-təbliğat fəaliyyətində Rusiyadakı diaspor qurumları passivlik göstəriblər. Jurnalist hesab edir ki, Qələbəmizi şübhə altına almağa cəhd edən erməni təxribatçılarının qarşısını almaq, ölkədən kənardakı soydaşları məlumatlandırmaq, birləşdirmək və Azərbaycan Ordusuna diqqəti artırmaq niyyəti ilə bu kimi tədbirləri daha çox keçirmək lazımdır. Bu məqsədlə Anar Həsənov icma üzvlərinə Rusiyanın bütün şəhərlərində Qarabağ həqiqətləri ilə bağlı mühazirələrin, görüşlərin, film təqdimetmələrinin ictimai işdə ön sıraya çəkməyi zəruri hesab etdiyini bildirib. Və toplaşanları “Döyüş gündəliyi-Talış” filminə baxmağa dəvət edib. 

25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevinc qarışıq qürur hissi ilə izləyiblər. 

Xatırladaq ki, “Döyüş Gündəliyi. Talış” Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında Ağdərə istiqamətindəki əks hücum əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 mühüm yüksəklik, o cümlədən, düşmənin 21 möhkəmləndirilmiş hərbi postlarını göstərərək, Azərbaycan silahlı qüvvələrinin bu hərbi məntəqələri necə ələ keçirdiyini nəql edir. Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbiçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb. Tofiq Şahmuradov filmin ərsəyə gəlməsində şəxsən Azərbaycanın müdafiə naziri general polkovnik Zakir Həsənovun rolunu xüsusi qeyd edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru