Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Dekabr

2015
15:15
1464
Dövlət Statistika Komitəsinin strukturu dəyişdirilib

Dövlət Statistika Komitəsində struktur islahatı aparılır.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na dəyişiklik edib.

Qərara əsasən Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli qərarı ilə Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar sırasında Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi, Dövlət Statistika Komitəsinin Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi və Dövlət Statistika Komitəsinin Tədris Mərkəzi yer alıb. Dəyişikliyə əsasən bunlar ləğv edilir və yeni yaradılan Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi ilə əvəzlənir.

Struktur dəyişikliyi ilə bağlı Dövlət Statistika Komitəsinə Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru