Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
11:27
2562
Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı açıqlanıb

"Dövlət orqanları dövlət qulluğu ilə bağlı müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim ediblər".

Bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsabiqəyə inzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub: “Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim edilib”.

O bildirib ki, dövlət orqanlarında müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələrin siyahılarının dəqiqləşdirilməsi işləri davam etdirilir və müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək sertifikat əldə edən şəxslər həmin vəzifələr üzrə müsahibələrdə də iştirak edə biləcəklər.

Qeyd edək ki, DİM noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, dekabrın 17-də isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçirəcək. Test imtahanlarına qeydiyyat noyabrın 7-də başlayıb və AA, AB və AC vəzifə qrupları üzrə noyabrın 17-də, BA və BB vəzifə qrupları üzrə isə dekabrın 6-da başa çatacaq.

Eyni zamanda, mərkəz tərəfindən noyabrın 15, 22, 29 və dekabrın 2, 6 və 13-də dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanları keçiriləcək.

Xatırladaq ki, dövlət qulluğuna dair qanunvericiliyə edilən dəyişikliklərə əsasən, artıq dövlət qulluğuna qəbul üçün müraciət edən şəxs DİM tərəfindən ayda bir dəfədən az olmayaraq keçirilən test imtahanlarında iştirak edərək vəzifə altqrupları üzrə imtahandan qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamalı və inzibati vəzifə üzrə sertifikat əldə etməlidir. Sertifikat 5 il müddətinə qüvvədə olacaq və şəxsə sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə, həmin vəzifələrin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən, vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğun olaraq keçirilən müsahibələrdə iştirak etmək hüququ verir.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru