Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Avqust

2017
21:37
605
Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcək

Dövlət qulluğunda işləyən şəxslər hər 5 ildən bir yenidən imtahan verməli olacaqlar.

 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı imtahanda iştirak edərək işə qəbul olunan şəxslərə sertifikat verilir:

 

“Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar”.

M.Abbaszadə qeyd edib ki, DİM dövlət qulluğuna qəbul üçün elan etdiyi ilk daxili müsahibənin nəticələrini dövlət qulluğuna göndərib.

 

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün bundan başqa ümumi müsahibə də elan edilib: “Ümumi müsahibədə dövlət qulluqçusu statusu olan və ehtiyat kadr bazasına daxil olan şəxslər iştirak edə bilərlər. Ümumi müsahibənin keçirilməsi üçün bizə 41 dövlət təşkilatı müraciət etmişdi.

 

Artıq ümumi müsahibədə iştirak etmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb. Bu proses təxminən 20 gün aparılacaq. Daha sonra ümumi müsahibənin aparılma cədvəli elan olunacaq”.

 

M.Abbaszadə əlavə edib ki, dövlət qulluğuna qəbul üçün oktyabrda yeni növ test imtahanının keçirilməsi nəzərdə tutulur.

Məqalədə : imtahan dövlət qulluğu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru