Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Avqust

2017
12:10
225
Dövlət Neft Fondundan qızıl ehtiyatı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.

Bu barədə ARDNF-dən FaktXəbər-ə verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb.

ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru