Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

03 İyul

2017
10:51
430
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

DİM-dən FaktXəbər-ə bildiriblər ki, imtahan Bakıda iki, Naxçıvanda bir binada olmaqla saat 11.00-da başlanacaq və iki saat otuz dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

Qeyd edək ki, cari ildə rezidenturaya ərizə təqdim etmiş namizədlərdən 655 nəfəri imtahanın birinci mərhələsinin (9 aprel 2017-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın ikinci mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 439 nəfəri qız, 216 nəfəri oğlandır. 586 namizəd Azərbaycan bölməsinin, 69 namizəd rus bölməsinin, 363 namizəd cari ilin, 292 namizəd isə əvvəlki illərin məzunudur, bir nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 633, Naxçıvan şəhərində isə 22 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 83 zal nəzarətçisi ayrılıb.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru