Tarix:09-01-2017 15:41
Dövlət qurumlarında uşaqlarla bağlı “qaynar xətt”lər işləyirmi?
Şərh yaz
Uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Azərbaycanda uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.
 
Dövlət Komitəsindən başqa, Xarici İşlər, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Təhsil nazirlikləri, Ombudsman Aparatı və başqa qurumlar da öz səlahiyyətləri çərçivəsində uşaq hüquq pozuntusu ilə bağlı məsələlərlə məşğul olurlar.
 
Azərbaycanda bir sıra dövlət qurumlarında, qeyri-hökumət təşkilatlarında, müstəqil təsisatlarda uşaq hüquq pozuntularının qarşısını almaq üçün elektron hökumətin tərkib hissəsi olan “Qaynar xətt” xidmətləri fəaliyyət göstərir.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, qurumun “146- Qaynar xətt”nə ünvanlanan müraciətlər şifahi formada qeydə alınır: “Araşdırılmasına ehtiyac duyulan müraciətlər 30, ümumi müraciətlər isə 15 iş günü ərzində cavablandırılır. Müraciət edənin əlaqə nömrəsi götürülür və nəticə ilə bağlı həmin vətəndaş məlumatlandırılır”.
 
Ədliyyə Nazirliyindən verilən məlumata görə, quruma müraciət etmək istəyən vətəndaşlara 012 539 76 75 “Qaynar xətt”i vasitəsilə cavab verilir.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirliyin səlahiyyətlərinə dair məsələlərə 142 - “Çağrı mərkəzi” vasitəsilə cavab verilir: “Çağrı mərkəzi" nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir. 142 - “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir. Son bir ildə nazirliyin 142 - “Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun qurulub. Bu sahəyə məsul əməkdaşların sayı artırılmaqla, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin texniki infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qurumun “Qaynar xətt” telefon nömrəsi yoxdur: “Dövlət Komitəsinə daxil olan müraciətləri ümumi şöbə qəbul edir. Ümumi şöbənin əlaqə nömrəsi isə 012 498 00 92-dir”.
 
Ombudsman Aparatından verilən məlumata görə, uşaq hüquq pozuntusu və zorakılıq halları ilə qarşılaşan şəxslər bu qurumun 916 “Qaynar xətt”, ümumi işgəncələrlə bağlı isə 050 370 98 96 ünvanına müraciət edə bilərlər: “Qaynar xətt” 24 saat fəaliyyət göstərir. Müraciət dərhal qəbul olunur. İlk olaraq müraciət edənə təklif olunur ki, şikayət ərizələrini poçtla quruma yollasınlar. Çünki, ünvan olmadan, anonim edilən müraciətlər adətən doğru çıxmır. Amma bəzən müraciətlər təcili xarakter daşıyır, məktubun ünvanlanması, bizə yollanması uzun vaxt apara bilər. Bu zaman Müvəkkilə müraciət olunur, onun tapşırığı ilə problem dərhal araşdırılır".
 
Qurumdan verilən məlumata görə, Ombudsman Aparatının rəsmi saytında "online müraciət" etmək üçün yeni xidmət yaradılıb: "Artıq şikayətçilər onlayn formada quruma müraciət edə bilərlər. Elekron poçt ünvanımıza da məktub yollamaq mümkündür. Həmçinin, həftənin 4 günü qəbullarımız var, vətəndaşlarımız gəlib qəbula yazılıb, qurum rəsmilərinə birbaşa şikayətlərini deyə bilərlər".
 
Adıçəkilən qurumların “Qaynar xətt”ləri ilə əlaqə saxladıq, Ombudsman Aparatının “916”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin “142”, Daxili İşlər Nazirliyində “102”, Təhsil Nazirliyinin “146” Qaynar xəttləri, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ümumi şöbəsi zənglərimizə dərhal cavab verdi. Ədliyyə Nazirliyinin “Qaynar xətt” ünvanına zəng etdikdə saatlarla “Operatorlarımız məşğuldur, zəhmət olmasa bir qədər gözləyin” deyilir, Xarici İşlər Nazirliyinin “Qaynar xətt” xidməti yoxdur, Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidməti işləmir, Gənclər və İdman Nazirliyinin “187- Qaynar xətt” xidməti isə əsasən məşğul olur. (report)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Dövlət - qurumlarında - uşaqlarla - bağlı - “qaynar - xətt”lər - işləyirmi? -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:09-01-2017 15:41 - Oxundu: 221
Ölkə
26-02-2017 15:35 Ermənistanın Kiyevdəki səfirliyi önündə “Rədd ol Qarabağdan!” aksiyası
26-02-2017 15:10 AİP Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib -FOTO
26-02-2017 12:32 Bakıda Azərbaycan prezidentinin iştirakı ilə "Xocalı yürüşü" keçirilib
25-02-2017 21:40 “Buradan heç yerə gedən deyilik” – Ağdam sakini - VİDEO
25-02-2017 20:50 Bakıda körpülərin altı və tunellərin üstü avtoparka çevrilib
25-02-2017 17:40 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı KİV-ə çağırış edib
25-02-2017 17:03 Xocalı faciəsinin canlı şahidi FaktXəbər-ə danışdı - VİDEO
25-02-2017 13:34 Sabah günün birinci yarısında metronun "Xətai" stansiyası işləməyəcək
25-02-2017 12:48 Yusif Səfərov küçəsində yeni geri dönmə hissəsi yaradılıb - VİDEO
25-02-2017 12:09 Ərəblərin Azərbayacana üz tutmasının 3 SƏBƏBİ
25-02-2017 11:52 Ən yaşlı nənə - 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var - VİDEO
25-02-2017 11:48 İcra başçısından Ağdamda kəndlərin boşaldılması xəbərinə açıqlama
25-02-2017 11:44 Azərbaycan televiziyalarında yenə çal-çağırdır - FOTO
25-02-2017 11:42 Azərbaycanda elan saytında açıq-aşkar narkotik satılır - VİDEO
25-02-2017 11:23 "Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir"
24-02-2017 17:17 Bu, Azərbaycanda məktəb binasıdır - Uçqunda dağılıb - VİDEO
24-02-2017 15:50 Şəhidlər xiyabanına Xocalı Soyqırımı abidəsinin qoyulması təklif olunub
24-02-2017 15:50 Ağsu aşırımında sürüşmə aktiv fazadadır
24-02-2017 15:18 Masallıda Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdilər - FOTO-VİDEO
24-02-2017 14:19 "Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb"
24-02-2017 12:52 Azərbaycanda böyrək köçürülən xəstələrin sayı açıqlanıb
24-02-2017 12:41 BNA 14 marşrut xəttinin trayektoriyasını dəyişir - FOTO
24-02-2017 11:31 Avtomobil ustası özünü maşına bağlayıb yol polisinə etiraz etdi - FOTO
24-02-2017 10:57 Təhlükənin içindəki kənd - FOTOLAR
24-02-2017 10:38 XİN Avropa Parlamentinin deputatına cavab verdi
24-02-2017 10:25 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
23-02-2017 17:00 Bakıda saxta viza qalmaqalı - FOTO
23-02-2017 15:41 Bakı metrosunda gənc özünü qatar yoluna atdı - VİDEO
23-02-2017 15:09 Bakıda sürücünün "avtoşluq" görüntüləri yayıldı - VİDEO
23-02-2017 15:04 Bu ailə 11 gündür küçələrdə qalıb - VİDEO
23-02-2017 15:00 Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq etdi
23-02-2017 14:36 QMİ İranda Xocalı soyqrımının 25-ci il dönümünü qeyd edib
23-02-2017 13:47 Fevralın 26-da Bakıda yollar bağlanacaq
23-02-2017 12:40 AİP ruhani alim Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb
23-02-2017 12:16 "İmtahanda korrupsiya ilə əlaqədar müraciətlər daxil olub"
23-02-2017 10:30 Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlanıb
23-02-2017 09:38 Aşağı Güzdək qəsəbəsində göl daşıb, həyətyanı sahələri su basıb
23-02-2017 09:32 Sardar Hacıhəsənlinin həbsi ilə bağlı 3 təşkilat bəyanat verdi
22-02-2017 22:50 Zabratda subasmanın səbəbi
22-02-2017 22:24 Kolbasa, şokolad, qazlı su kimi zərərli məhsulların reklamı ilə bağlı TƏKLİF
22-02-2017 20:40 Bakı-Tbilisi qatarında gediş haqqı aşağı salınır
22-02-2017 17:00 Bakıdakı küçələrdən biri bir neçə saatlıq bağlanır
22-02-2017 16:16 Bakıda dağılan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
22-02-2017 15:43 Azərbaycanda narkomanların sayı artıb
22-02-2017 15:24 Bakının mərkəzində böyük təhlükə: körpü uçmaq üzrədir - FOTO
22-02-2017 14:52 Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
22-02-2017 14:12 Maşında oturduğunuz yerdə cərimələnə bilərsiz - DİQQƏTLİ OLUN
22-02-2017 13:52 DİN Polis Akademiyasına MÜSABİQƏ elan etdi
22-02-2017 13:30 Dərbəndli Qurbanovu "İnterpol" azad etdi
22-02-2017 11:58 Azərbaycanda elektron çobanlar fəaliyyətə başlayır - VİDEO
22-02-2017 11:23 Qazaxa yeni rəis göndərildi
22-02-2017 10:11 Dövlət xəstəxanaları pulsuzdur - DAHA BİR İDDİA
22-02-2017 09:27 Dərbənd şəhərində Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu
21-02-2017 21:48 Ramil Usubov Berlində Avropa Polis Konqresinə qatılıb
21-02-2017 20:57 Sabah bu ərazidə qaz olmayacaq
21-02-2017 16:50 İmişlidə DƏHŞƏTLİ YANĞIN: Bir ailənin 6 üzvü evsiz qaldı - VİDEO
21-02-2017 15:30 TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub
21-02-2017 14:46 Azərbaycanda ana ölümlərinin ƏSAS SƏBƏBİ
21-02-2017 12:28 Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib
21-02-2017 11:52 Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

İlin ilk Günəş tutulması başlayıb - CANLI YAYIM (360 dərəcə)
26-02-2017 15:55
Düşmən minaatanlardan, D-44 topundan istifadə etməklə atəşkəsi pozub
26-02-2017 12:38
AİP Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib -FOTO
26-02-2017 15:10
Sabaha olan hava proqnozu açıqlanıb
26-02-2017 15:25
Bakıda Azərbaycan prezidentinin iştirakı ilə "Xocalı yürüşü" keçirilib
26-02-2017 12:32
Xocalı soyqırımı Silahlı Qüvvələrdə keçirilən tədbirlərdə anılıb - FOTO
26-02-2017 15:42
Ermənistanın Kiyevdəki səfirliyi önündə “Rədd ol Qarabağdan!” aksiyası
26-02-2017 15:35
ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
26-02-2017 12:44
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az