Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Dövlət orqanları dövlət qulluğu ilə bağlı müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim ediblər".
Bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müsabiqəyə inzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub: “Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim edilib”.
O bildirib ki, dövlət orqanlarında müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələrin siyahılarının dəqiqləşdirilməsi işləri davam etdirilir və müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək sertifikat əldə edən şəxslər həmin vəzifələr üzrə müsahibələrdə də iştirak edə biləcəklər.
Qeyd edək ki, DİM noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, dekabrın 17-də isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçirəcək. Test imtahanlarına qeydiyyat noyabrın 7-də başlayıb və AA, AB və AC vəzifə qrupları üzrə noyabrın 17-də, BA və BB vəzifə qrupları üzrə isə dekabrın 6-da başa çatacaq.
Eyni zamanda, mərkəz tərəfindən noyabrın 15, 22, 29 və dekabrın 2, 6 və 13-də dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanları keçiriləcək.
Xatırladaq ki, dövlət qulluğuna dair qanunvericiliyə edilən dəyişikliklərə əsasən, artıq dövlət qulluğuna qəbul üçün müraciət edən şəxs DİM tərəfindən ayda bir dəfədən az olmayaraq keçirilən test imtahanlarında iştirak edərək vəzifə altqrupları üzrə imtahandan qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamalı və inzibati vəzifə üzrə sertifikat əldə etməlidir. Sertifikat 5 il müddətinə qüvvədə olacaq və şəxsə sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə, həmin vəzifələrin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən, vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğun olaraq keçirilən müsahibələrdə iştirak etmək hüququ verir.
26-04-2018 15:42 Aprelin 29-da sınaq imtahanı keçiriləcək
25-04-2018 09:58 DİM: Yalnız 2 nəfəri imtahanda uğur qazanıb
19-04-2018 15:37 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək
19-04-2018 09:54 DİM: Yaşlı namizədlər uğur qazana bilməyib
29-03-2018 14:20 Rezidenturaya qəbul imtahanı keçiriləcək
17-03-2018 14:05 DİM: Bəzi namizədlər sui-istifadə ediblər
- 27-04-2018 09:56 Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır
- 26-04-2018 15:42 Aprelin 29-da sınaq imtahanı keçiriləcək
- 26-04-2018 14:08 Xaricdə təhsil alan 15 mindən çox şəxsin diplomu tanınıb
- 26-04-2018 12:00 Direktor və müəllimlərin işə qəbul qaydaları dəyişir
- 25-04-2018 22:07 Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
- 25-04-2018 16:23 ADA-da hüquqşünaslıq ixtisası açılıb, 40 yer ayrılıb
- 25-04-2018 16:22 Dövlət qulluğuna imtahan verənlərin DİQQƏTİNƏ!
- 25-04-2018 14:09 “Azərbaycan dili” fənnindən ikinci imtahanın vaxtı açıqlanıb
- 25-04-2018 11:54 Yeni təhsil nazirindən ilk AÇIQLAMA
- 25-04-2018 10:46 Bakının bu məktəblərində yaz tətilinin tarixi dəyişdirilib
- 25-04-2018 09:58 DİM: Yalnız 2 nəfəri imtahanda uğur qazanıb
- 24-04-2018 12:16 Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim edib
- 24-04-2018 10:23 Ali məktəblərə sənəd qəbulunun vaxtı azalır - XƏBƏRDARLIQ
- 23-04-2018 16:44 Prezident yeni təhsil nazirini təyin etdi
- 23-04-2018 15:40 "Azərbaycan dili" fənnindən imtahanın nəticələri açıqlanıb
- 23-04-2018 09:54 DİM: 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək
- 22-04-2018 15:07 DİM abituriyentlər üçün imtahan keçirib
- 21-04-2018 10:59 Müəllimlər üçün müsabiqə: “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”
- 21-04-2018 10:35 Elektron sistem vasitəsilə birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
- 19-04-2018 21:35 Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər
- 19-04-2018 21:03 DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
- 19-04-2018 15:37 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək
- 19-04-2018 15:32 Rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər
- 19-04-2018 13:17 Bugünkü təhsilimiz gənclərimizin karyera qurmaq tələbləri ilə adekvat deyil
- 19-04-2018 11:49 DİM: 89 namizəddən 52-si müsahibəyə gəlməyib

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
27-04-2018 12:41
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]