Tarix:11-01-2017 14:15
Dövlət idarəsindəki "paket maaş" məhkəmədə ifşa edildi
Şərh yaz
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Nazirliyin Aparatında işləmiş Arzu Nəcəfova maaşdan əlavə 100 dollar məbləğində paket aldığını deyib. 
 
Şəfiqə Məmmədova deyib ki, nazirlikdə çap işlərini həyata keçirib. O, sabiq nazir Əli Abbasovun tapşırığı ilə işə qəbul olduğunu bildirib. 
 
Balakən poçt filialının rəisi işləmiş İlqar Balayev isə ibtidai istintaqa ifadəsini təsdiq edib. 
 
Proses yanvarın 13-də davam etdiriləcək.
 
Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.(apa)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Dövlət - idarəsindəki - "paket - maaş" - məhkəmədə - ifşa - edildi -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:11-01-2017 14:15 - Oxundu: 734
Hüquq
30-03-2017 15:30 Dərmanlara sertifikat verilməsi qaydası dəyişdirilir
30-03-2017 13:33 Ali Məhkəmə "United Credit Bank"ın əleyhinə qərar verib
30-03-2017 13:24 DİN Rusiya mediasının iddialırına cavab verdi
30-03-2017 12:58 Silah və texnikanı itirən, zədələyən və məhv edənlərin cəriməsi artırılır
30-03-2017 12:45 "Məhkəmələrdə bank-müştəri münasibətləri ilə bağlı 280 min iş var"
30-03-2017 10:56 Jurnalistin ölümü ilə bağlı ŞOK AÇIQLAMA
30-03-2017 10:30 Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO
30-03-2017 10:23 Məhkum azadlığa çıxa bilmədiyi üçün vətəndaşlıqdan imtina edir
29-03-2017 20:37 Əli İnsanovun məhkəməsinin vaxtı açıqlanıb
28-03-2017 20:50 Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
28-03-2017 17:14 MTN polkovnikinin intiharı ilə bağlı cinayət işinə xitam verilib
28-03-2017 16:52 Prorektorun otağından 429 min manat oğurlayanlara hökm oxundu
28-03-2017 16:19 MTN-in daha bir generalının cinayət işi məhkəməyə göndərilib
28-03-2017 14:38 Zərərçəkən: “MTN-də məndən tələb olunan 300 min manatı borc aldım”
28-03-2017 12:29 Vəkil Mövsüm Səmədovun karsa salınmasının səbəbini öyrənib
28-03-2017 10:32 Eldar Mahmudovun oğlunun şəriki İnterpol xətti ilə axtarışa verilib
28-03-2017 10:02 Azərbaycanda son 14 ildə 30 əfv sərəncamı imzalanıb
28-03-2017 09:26 Əmlaka dair etibarnamənin verilməsi və xitamı qaydası dəyişib
28-03-2017 09:19 Vəkil: Şeyx Sərdarın istintaqı başa çatıb və iş məhkəməyə yollanılacaq
27-03-2017 17:01 Rüşvətxorluğa görə nəzərdə tutulan cəza ağırlaşdırılır
27-03-2017 16:06 Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəmələri davam etdirilib
27-03-2017 15:32 Xəstəxanadan kənarda aborta görə cərimə miqdarı 5 dəfə artırılır
27-03-2017 11:31 Ramil Usubov polis rəislərinin yerdəyişməsini həyata keçirib
21-03-2017 12:23 Rusiyalı diplomatlar Aleksandr Lapşinlə həbsxanada görüşüblər
18-03-2017 10:10 Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb
17-03-2017 22:43 Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanına hökm oxunub
17-03-2017 12:48 “Galenvagen”lə iki nəfəri öldürən məmur oğlu azadlığa çıxdı
17-03-2017 12:21 Bakıda doğulmuş "İŞİD"çi qadın axtarışa verildi - FOTO
17-03-2017 12:10 Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı narkotiklə tutulub
17-03-2017 11:24 14 nəfər qadın əfv sərəncamı ilə azadlığa çıxdı
17-03-2017 09:11 Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
16-03-2017 18:33 Azərbaycan prezidenti növbəti əfv sərəncamı imzalayıb -SİYAHI
16-03-2017 15:44 Hacı İlqar İbrahimoğlu azad edilib
16-03-2017 15:08 Moskvada "Novaya Qazeta"nın jurnalisti həbs olundu
16-03-2017 14:03 Məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı
15-03-2017 15:50 Prokurorluq: Xırdalanda beş nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb
15-03-2017 14:17 "Regnum" informasiya agentliyinin şef-redaktoru saxlanılıb
15-03-2017 12:55 Taleh Bağırzadənin müavini saxlanıldı
15-03-2017 11:03 "Amnesty International" hicaba qoyulan qadağanı pislədi
14-03-2017 21:18 Azərbaycanda və Avropada nə qədər məhbus var? – HESABAT
14-03-2017 15:48 Beyləqandakı səs-küylü cinayətə görə iki nəfər həbs edildi
14-03-2017 12:30 Fikrət Qocanın oğlu öldürülüb - RƏSMİ
14-03-2017 12:13 Ali Məhkəmə keçmiş "OMON"çulara "YOX" dedi
14-03-2017 11:55 Avropa təşkilatı Şeyx Sərdarın həbsi ilə bağlı hesabat hazırlayıb
13-03-2017 16:44 "Nardaran işi"ndə təqsirləndirilən şəxslərin yaxınları zaldan çıxarılıb
11-03-2017 10:23 Donald Tramp 46 prokuroru işdən çıxarır
10-03-2017 14:05 Nazir müavini: “Wikipedianın milli qanunla tənzimlənməsi real deyil”
10-03-2017 13:50 Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi martın 16-da keçiriləcək
09-03-2017 22:33 Mövsüm Səmədov namaz qıldığına görə karsa salınıb
09-03-2017 16:06 DİN 5 tələbənin ölümü ilə bağlı rəsmi məlumat yayıb
09-03-2017 15:40 Ziya Məmmədovun müşavirinin Akif Çovdarova pul verdiyi açıqlanıb
09-03-2017 14:11 Keçmiş MTN generalı: "Özümü təqsirli bilmirəm"
09-03-2017 12:30 Elmira Süleymanova ombudsmanlıqdan nə vaxt gedir?
09-03-2017 12:13 Makler qadın məhkəmə zalında həbs olunub
09-03-2017 10:00 Ombudsmanın səlahiyyət müddəti başa çatıb - Elmira Süleymanova gedir
07-03-2017 22:16 ANS-in iddiası qismən təmin edilib
07-03-2017 14:51 Həbsdə olan MTN əməkdaşı: "Özümü təqsirli bilmirəm"
07-03-2017 13:47 1800 manat ziyana görə oğruya 8 il həbs cəzası verildi
07-03-2017 12:21 Vəkili təcridxanada Sərdar Hacıhəsənliyə baş çəkib
07-03-2017 12:17 Rüfət Səfərov yenidən cərimə kamerasına salınıb

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az