Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
12:11
Dumada terrorçuların istifadə etdiyi ən böyük tunel aşkarlanıb-VİDEO

Şərqi Quta azad edildikdən sonra Duma şəhərinin terrorçular üçün nəyə görə bu qədər önəmli olduğu ortaya çıxdı. Belə ki, şəhər başdan başa yeraltı tunelləri, silah fabrikləri ilə doludur. FaktXeber.com-un məlumatına görə, bunu Suriya Ordusu tərəfindən aşkarlanan və yayımlanan kadrlar sübut edir.

Aşağıda təqdim etdiyimiz kadrlar Dumada Ceyş əl-İslam terror qruplaşması tərəfindən istifadə olunan ən böyük  tunnelin görüntüləridir. Milli Xəstəxananın altında yerləşən tunelin elektriklə təchiz olunduğu görünür. Tuneldə digər obyektlərlə yanaşı, hətta avtodayanacaq da var.

Bu isə Duma şəhərində olan digər tunel şəbəkəsidir və Duma Mədəniyyət Evinin, Duma Administrasiyasının və Yerli poçt binasının altında yerləşir.

Raketlər də daxil olmaqla bir çox silahların saxlanıldığı yeraltı müəssisə  terrorçular tərəfindən həm də mina və qumbara zavodu kimi istifadə olunurmuş.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şərqi Quta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 07:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com