Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Mart

2019
12:10
1712
Dubayda “dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib-VİDEO

Keniya kəndlərinin birində müəllim işləyən və maaşının çox hissəsini yoxsul şagirdlərinə xərcləyən Piter Tabiçi dünyanın ən yaxşı müəllimi kimi 1 milyon dollar mükafat alıb. FaktXeber.com-un BBC-yə istinadla verdiyi məlumata görə, təbii elmlərdən dərs deyən müəllim Global Teacher Prize mükafatının laureatı olub.

Tabiçi hər ay maaşının 80 faizini ən yoxsul şagirdlərinin dərsliklərinə və məktəbli formasına xərcləyib. O, bildirib ki, Pvani kəndində yerləşən məktəbində daim müəllim və vəsait çatışmazlığı yaşanır. Siniflərdə 70-80-nə qədər uşaq var. Şagirdlərin çoxu  hər səhər məktəbə qədər 6 km-dən artıq yol gedirlər.

Tabiçi bundan başqa dərslərə gec-gec gələnq uşaqların ailələrini ziyarət edir və yetkinlik yaşına çatmayan qızlarını ərə vermək istəyən ailələri uşaqlarını heç olmasa məktəbi qurtarmasına izn vermələri üçün razı salır. Onun şagirdlərin Milli və Bğeynəlxalq elmi konfranslarda dəfələrlə mükafata layiq görülüblər.

Global Teacher Prize mükafatı hər il mütəmadi olaraq Varkey Foundation tərəfindən verilir. Qurumun münsiflər heyətində 150 nəfər var. Bu il təşkilat komissiyasına 179 ölkədən 10 min müraciət daxil olmuşdu. Sanni Varkey fondunun mükafatı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi ilə təqdim edilib.

Müəssisənin qurucusu hindistanlı biznesmen  Sanni Varkanın sözlərinə görə mükafatda əsas məqsəd  müəllim peşəsinin nüfuzunu qaldırmaqdır. Qeyd edək ki, o, Yaxın Şərqdə ən iri uşaq baxçaları şəbəkəsi və GEMS Education məktəblərinin qurucusudur.

Məqalədə : ən yaxşı müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
653

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
148

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
101

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 04:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru