Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Mart

2017
21:22
843
DTX xüsusi əməliyyat keçirib, iki silahlı şəxs məhv edilib

Qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. 

Dövlət Təhlükəsizliyi Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, bu cinayət əməllərində şübhəli olan Hüseynov Azər Məmməd oğlu və İslamov Əli Sabir oğlunun saxlanılması üçün 2017-cı il martın 10-da xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib, qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib.  

Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74” tipli avtomat, 2 ədəd “Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru