Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 İyul

2017
12:23
613
İŞİD terrorçularına qoşulmaq istəyən 252 azərbaycanlı Türkiyə sərhəddində saxlanılıb

Türkiyə ərazisindən Suriya və İraq bölgəsinə keçmək istəyən 252 azərbaycanlı saxlanılıb. FaktXeber.com-un məlumatına görə, bu barədə TC DİN-in yaydığı hesabatdan məlum olur. 

Sənədə əsasən Türkiyədən deportasiya edilənlər arasında Rusiya vətəndaşları  liderlik təşkil edir - 804 nəfər. Ondan sonra siyahıda İndoneziya (435), Tacikistan (308), İraq (278), Fransa (254) və Azərbaycan (252) vətəndaşları gəlir. 

Üumilikdə Türkiyədə 99 ölkədən 17500 şübhəli xarici yoxlanılıb və onlardan 4957 nəfəri deportasiya edilib. AB ölkələrini ümumi götürsək, o zaman Avropa vətəndaşları Rusiyadan sonra siyahıda ikinci yerdə olardılar – 772 nəfər.

Hesabatda bildirilir ki, Suriya və İraqda terror qruplaşmalarına  girmək istəyənlər ölkəyə İstanbul və Antalya aeroportlarından, həmçinin  Yunanıstan və Bolqarıstan magistralından girmək istəyirlər.

Qeyd edək ki, Türkiyə münaqişə zonalarına girmək və silahlı dəstələrə qoşulmaq istəyənlər üçün əsas tranzit ölkədir. Rəsmi Ankara dəfələrlə bunun qarşısının alınması üçün fəaliyyətsizlikdə və hətta terrorçulara dəstəkdə ittiham olunub.

Bundan əlavə, Türkiyənn sərhəd əyalətlərində  İŞİD terrorçularının hazırlandığı düşərgələr də  müəyyən olunmuşdu.

Deportasiya olunanlar arasında ən tanınmışı  Əkbər Cəlilovdur. O, aprel ayında Rusiyanın Sankt Peterburq şəhərində metroda özünü partlatmaqda şübhəli bilinir. Türkiyənin «Yeni Akıt» qəzeti bildirib ki, o, ötən ilin dekabr ayında ölkədən deportasiya olunub, bu vaxta qədər isə qara siyahıya salınana kimi ölkədə  qeyri-leqal vəziyyətdə yaşayıb.

Türkiyə DİN-in hesabatına görə, terrorçulara qoşulmaq üçün Suriya və İraqa girmək istəyənlərin deportasiya olunanların sayı, terror təşkilatları ilə əlaqədə olduğu üçün ölkəyə girişi qadağan olunanlarla müqayisə olunmaz dərəcədədir. 

DİN-in məlumatına görə, 53781 xarici vətəndaş terror fəaliyyətinə cəlb olunub və Türkiyədən keçməklə  münaqişə zonalarına girməyə çalışmağa cəhd edə bilərlər.

Terrorçularla əlaqədə olduğu üçün ölkəyə girişi qadağan olunanlar arasında Səudiyyə Ərəbistanı vətəndaşları liderlik edir – 7523 nəfər. İkinci yerdə Tunis (4605), üçüncü yerdə Rusiya (4125) vətəndaşlarıdır. Avropa İttifaqı ümumi götürülərsə birinci yerdədir – 7928 nəfər. 

2011-ci ildən – münaqişələr başlayandan bəri Suriyaya gedən MDB ölkə vətəndaşları– İŞİD-dən tutmuş, Əl-Qaidə-nin suriya qanadı olan «Ən Nusra» (bu gün «Hayat Təhzrir əl-Şam») kimi bütün bütün terror təşkilatlarında təmsil olunurlar.

Məqalədə : azərbaycanlı İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru