Tarix:11-01-2017 14:32
Dərmanın da “qara bazar”ı yaranır
Şərh yaz
Ən çox işlənən dərmanlar apteklərdə tapılmır; ekspert ölkədə bütün məhsulların bahalaşmasına təsir edən faktorları açıqladı 
 
Ölkədə ciddi bahalaşma gözlənilir. Daha çox ərzaq mallarının qiymətinin bahalaşacağı bildirilir. Həmçinin dərman preparatlarının qiymətının də kəskin şəkildə artacağı ehtimal edilir. Artıq bazar-dükanlarda, marketlərdə  bahalaşma müşahidə olunur. Ekspertlər isə qarşıda da növbəti bahalaşma dalğasının ola biləcəyini narahatlıqla vurğulayırlar. 
 
Ekspert Qubad İbadoğlu bildirib ki, hazırda bahalaşmaya təsir edən bir neçə faktorlar var: “Onların sırasında öndə mövsümi amillər gəlir. Mövsümi amillərin təsiri ilə hər il ənənəvi olaraq kənd təsərrüfatı məhsulları, meyvə, tərəvəz, eyni zamanda digər məhsulların qiymətində olur, bu da davam edəcək. Yəqin ki, yalnız qış aylarında deyil, yazın əvvəlində də bahalıq müşahidə olunacaq. İkinci faktor manatın devalvasiyasından qaynaqlanan bahalaşmadır. Çünki manat dəyər itirdikcə, idxal mallarının qiymətinin daxili bazarda bahalaşmasını müşahidə edəcəyik. Çünki ölkə bazarında tələbat mallarının bir hissəsi idxal hesabına təmin olunur və bu idxal mallarının siyahısında özümüzün də gündəlik istifadə etdiyimiz ərzaq məhsulları var. Ət və ət məhsulları, süd məhsulları, digər bu tip məhsullar var, o cümlədən un və un məmulatları var, bu tip idxal mallarının bahalaşması gözləniləndir və bu, davamlı şəkildə müşahidə olunacaq”. 
 
Q.İbadoğlunun sözlərinə görə, üçüncü faktor qiymətlərin bahalaşmasına Tarif Şurasının təsiridir: “Tarif Şurasının qərarından qaynaqlanan bahalaşma da var. Çünki ötən aydan qazın və işığın qiymətinin bahalaşması artıq öz təsirini göstərir. Əhali qrupu üzrə istehlakçılar ötən aydan elektrik enerjisinin, bu aydan da qazın qiymətinin bahalaşmasını ciddi şəkildə müşahidə edəcəklər. Həm qazın, həm elektrik enerjisinin yanacaq kimi istehsal olunan məhsulların maya dəyərində də xərci kifayət qədər yüksəkdir. Bu yanacaq həmçinin ayrı-ayrı xidmətlərdə və yaxud da istehsalda, hətta tədavüldə də qiymətə təsir edəcək. Tutaq ki, supermarketlər özləri istifadə etdikləri soyuduculardan tutmuş, kassada avtomatlaşdırılmış əməliyyatlara kimi hamısı elektrik enerjisi sərfinin artımına gətirib çıxaracaq. Təbii ki, bu, son nəticədə ticarət əlavəsinin bahalaşmasına və təklif olunan məhsulların qiymətinin artımına gətirib çıxaracaq. Və yaxud digər sektorlarda, çörəkbişirmə və digər sahələrdə də elektrik enerjisinin sərfinin artması, istehlakın çoxalması məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək”.
 
Həmsöhbətimiz qeyd edib ki, qiymət artımına məruz qalacaq sahələrdən biri də dərman və dərman preparatlarıdır: “Son zamanlar bir sıra dərmanların qiyməti artıb, hətta bir çox dərman preparatlarının əldə olunması çətinləşib. Çox işlənən dərmanların qıtlığı yaranıb. Digərləri də orta hesabla iki dəfə bahalaşıb. Artıq Azərbaycanda dərmanların da ”qara bazarı" formalaşır. Qeyd edim ki, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir. 
 
Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır. Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılıb, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni “qara bazar”ı formalaşıb. 
 
Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin, pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtı ilə 50 manata olan Albumin hazırda 110 manata, 12 manata olan Paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir. 
 
Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə, bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsinə daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman preparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki, dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əczaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər".
 
Ekspertin fikrincə, gözlənilən qiymət artımları da var: “Bu da Tarif Şurasının növbəti qərarları ilə bağlıdır. Bu, kommunal sektorda və digər sahələrdə qiymət artımının davam edəcəyini ehtimal etməyə əsas verir. Bahalaşma gözləniləndir. Düşünürəm ki, yaxın zamanlarda belə qərarlarla da üzləşəcəyik. Mənim gözləntilərim daha çox ərzaq məhsullarının bahalaşacağından ibarətdir. Qeyri-ərzaq məhsullarının isə qiymətinin ucuzlaşmasını görə bilərik. Söhbət geyimdən, müəyyən dəbdəbəli mallardan, mebel satışından gedir. Bu kimi sahələrdə qiymətlərin ucuzlaşması mümkündür”. (musavat.com)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
dərman - qiymət - bahalaşma - Qubad_İbadoğlu -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:11-01-2017 14:32 - Oxundu: 321
Sağlamlıq
23-02-2017 17:01 Dilimizin anlatmaq istədiyi 9 təhlükə
22-02-2017 13:29 Azərbaycanda 2 ailədə nadir xəstəlik aşkar olunub
22-02-2017 12:18 "Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb”
18-02-2017 22:16 Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydası dəyişdirilməyib
18-02-2017 21:45 Süd alarkən diqqətli olun! - VİDEO
18-02-2017 20:55 Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub
16-02-2017 14:13 Evlənmək istəyən cütlüklərin 4649 nəfərində talassemiya aşkarlanıb
15-02-2017 21:50 Təcili yardım xidmətinə hər xidmətə görə ödəniş həyata keçiriləcək
15-02-2017 15:06 Psixoloqlar: Evli adamlar subaylardan sağlam olur
14-02-2017 15:35 Azərbaycanda 192 saxta həkim var imiş
13-02-2017 15:40 Ötən il 556 nəfər İİV-ə yoluxub
13-02-2017 13:28 Azərbaycan əhalisi pulsuz tibbi müayinədən keçiriləcək
10-02-2017 12:41 Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər açıqlandı
09-02-2017 22:18 Evlənmək istəyən 935 nəfərdə siflis, 166 nəfərdə QİÇS AŞKARLANIB
08-02-2017 09:27 Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?
07-02-2017 21:43 Azərbaycanda 10 xəstəxana BAĞLANDI
07-02-2017 21:10 Antisanitar vəziyyətdə satılan quş ətləri: Bazarlara niyə nəzarət yoxdur? - VIDEO
07-02-2017 11:46 Nazirlikdən rəsmi açıqlama: "Biz ölkəyə dərman gətirmirik ki...."
06-02-2017 16:49 Güclü təsir edən dərmanların satışı ilə bağlı məhdudiyyət qoyulubmu?
04-02-2017 11:22 Hər il 9 milyon insan xərçəng xəstəliyindən həyatını itirir
02-02-2017 14:55 14 illik dondurulmuş embriondan uşaq dünyaya gəldi - İranda
28-01-2017 11:30 Uşağın yaşa uyğun boyunu və çəkisini öyrənin - CƏDVƏL
26-01-2017 14:17 Azərbaycanda beyin ölümü diaqnozunun qoyulmasına başlanacaq
25-01-2017 20:56 Xətkeşlə təzyiqi necə ölçmək olar? - VİDEO
16-01-2017 21:51 Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR
16-01-2017 12:22 Alimlər enerji içkilərinin yeni təhlükəsini aşkar ediblər
16-01-2017 09:52 Alimlər xərçəng xəstəliyi yarada biləcək əsas səbəbindən danışıblar
16-01-2017 09:19 Qripə qarşı peyvəndlərin qiyməti artıb
14-01-2017 13:59 Uşaqların depressiyadan uzaq qalmağın ən gözəl yolu tapılıb
13-01-2017 16:49 İnsanda müxtəlif xəstəlikləri müəyyən edən ağıllı saat yaradılıb
13-01-2017 14:43 Uşaqların hepatit B ilə xəstələnməsi halları 2,2 dəfə azalıb
13-01-2017 12:38 Səhiyyə Nazirliyi: Azərbaycanda ana ölümü əmsalı 24-dən 22-yə enib
12-01-2017 21:40 Bakıda vətəndaşın aldığı kələm hamını ŞOK-a saldı - VİDEO
12-01-2017 12:49 Alimlər "Nutella"nın ciddi təhlükəsindən danışıblar
12-01-2017 10:16 Üzüm tumunun faydaları
11-01-2017 22:00 Yüksək hərarət insanı öldürə bilər?
11-01-2017 14:32 Dərmanın da “qara bazar”ı yaranır
11-01-2017 11:50 Ötən il Azərbaycanda xərçəngə tutulanların sayı AÇIQLANDI
11-01-2017 09:13 Azərbaycanda tüğyan edən virusun adı məlum oldu: "Honkonq qripi"
10-01-2017 13:33 Yumurta kişinin qida rasionunda zəruri imiş
10-01-2017 11:59 Alimlər qripin yeni təhlükəsindən danışıblar
09-01-2017 21:05 Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
09-01-2017 15:30 Alimlər smartfonların uşaqlar üçün yeni təhlükəsindən danışıblar
09-01-2017 14:26 Qripdən ölənlərin olması barədə məlumatlara RƏSMİ MÜNASİBƏT
09-01-2017 11:41 “Azərbaycanda yayılan H3N2 virusundan ölənlər var” - SOS
09-01-2017 10:47 Alimlər qulaq çöplərin dəhşətli təhlükəsindən danışıblar
06-01-2017 12:16 Qidalardakı zərərli qatqılar
06-01-2017 11:36 Azərbaycanda siqareti tərgitmək istəyənlərin statistikası
06-01-2017 10:33 Bu balanın yardımınıza ehtiyacı var
05-01-2017 16:56 “Qəflətən yaranan baş ağrısı baş beyin şişlərinin ilkin əlaməti ola bilər”
05-01-2017 16:18 Yayılan qrip deyil, qripə bənzər xəstəlikdir - RƏSMİ
05-01-2017 12:35 Bədənimizdə yeni orqan kəşf edilib
05-01-2017 11:19 Goranboyda əllidən çox azyaşlı arasında kəskin qrip virusu yayılıb - FOTO
03-01-2017 19:19 Fransada orqan bağışlanması barədə yeni qanun narazılıq yaradıb
30-12-2016 12:33 Azərbaycanda rəqəmsal reseptlər tətbiq olunacaq
30-12-2016 11:29 Təlimatı Azərbaycan dilində olmayan dərmanlar yığışdırılacaq
29-12-2016 19:32 Nazirlik: "Ötən illərlə müqayisədə qripə yoluxanların sayı artır"
29-12-2016 15:56 Azərbaycanda səhiyyə pullu olacaq – QİYMƏTLƏR-SİYAHI
29-12-2016 14:18 “Bakıda yayılan xəstəlik qrip deyil” - XƏBƏRDARLIQ
29-12-2016 14:02 Çiyin ağrılarının bu ciddi təhlükəsi gözlənilməz oldu

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Müşfiqin büstünü hamı müdafiə etdi, bəs bu Müşfiq? – FOTO
01-03-2017 14:46
Trampın müşavirinin oturuşu hər kəsin müzakirəsinə səbəb oldu - FOTO
01-03-2017 10:13
Ötən gecə Azərbaycana xaricdən kütləvi zəng olub
01-03-2017 16:19
Bakının "İmam Hüseyn" məscidi işıqsız və qazsız qalıb - VİDEO
01-03-2017 17:01
Polisin cərimə yazdığı sürücü özündən çıxdı - VİDEO
01-03-2017 09:40
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
01-03-2017 10:24
Suriyada ən ağır əməliyyatları keçirən Rusiya xüsusi təyinatlıları - VİDEO
01-03-2017 15:51
40 mindən çox şagird imtahan verəcək
01-03-2017 14:51
Avtomobildə uşaqlar üçün oturacağa yox, buna ehtiyac var - VİDEO
01-03-2017 16:28
Erməni ordusunda iki polkovnik həbs olundu
01-03-2017 16:45
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az