Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Fevral

2017
22:16
875
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydası dəyişdirilməyib

Bəzi saytlarda dərman vasitələrinin qiymətlərinin yeni qaydada tənzimlənəcəyi barədə həqiqətə uyğun olmayan yalnış məlumatlar yayılır.

Bu barədə Tarif Şurasının Katibliyindən daxil olan məlumatda bildirilir. 

Tarif Şurası bildirir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik yoxdur. Şura bir daha xatırladır ki, dərman vasitələrinin qiymətləri “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarına və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq həyata keçirilir. Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydada öz əksini tapan müvafiq əlavələr də nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri təsdiq edilir və bütün ölkə üzrə vahid qiymətlər tətbiq olunur. Dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərində dəyişiklik yalnız Tarif (qiymət) Şurasının qərarı ilə həyata keçirilə bilər.

Tarif (qiymət) Şurası kütləvi informasiya vasitələrinə diqqətli olmağı, məsələnin sosial baxımdan həssaslığını nəzərə alaraq əhali arasında çaşqınlıq yarada biləcək, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyi tövsiyə edir. (Report)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru