Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
10:43
825
Dərman qutusu olmayan sürücülər 10 manat cərimələnəcək

“Yol hərəkəti haqqında qanunda” göstərilib ki, ikitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusu olmalıdır”.

FaktXəbər bildirir ki, bunu “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, qutudakı dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur: “Qanuna əsasən, dərman vasitələri və tibbi əşyaların hamısı istismara yararlı vəziyyətdə olmalıdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 356-cı (Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması) maddəsinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin tibbi təminat qaydalarını pozan sürücülər 10 manat məbləğində cərimə edilir". 

Şöbə rəisi sürücüləri yol-hərəkət qaydalarına riayət etməyə çağırıb: "Hər zaman olduğu kimi, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, qayda pozuntusuna yol verməsinlər. Tibbi yardıma ehtiyac üçün dərman qutusu hər bir nəqliyyat vasitələrində olmalıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.  Qərara əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər. Eyni zamanda, nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.

Məqalədə : Dərman qutusu sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
130

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
260

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
627

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
162

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
187

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
296

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
191

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
236

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
185
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 23:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru