Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
11:41
336
Dərman preparatlarının onlayn axtarış sistemi işə düşdü

Azərbaycanda dərman preparatlarının onlayn axtarış sistemi - “tabletka.az” saytı işə düşüb. FaktXəbər-in verdiyi məlumata görə, bunu Trend-ə layihənin rəhbəri Emin Sultanov deyib.

Onun sözlərinə görə, sosial xarakter daşıyan layihə ilk növbədə dərman preparatlarının tapılmasının rahatlığına və istifadəçilərin vaxtının qənaət olunmasına yönəlib.

E.Sultanov qeyd edib ki, lazımi dərman preparatının tapılması üçün onun adının axtarış pəncərəsinə daxil edilməsi kifayətdir: “Bundan sonra sistem ən yaxın aptekləri təqdim edəcək. Bundan başqa, reseptin şəklini çəkib sistemə yerləşdirmək olar. Bu resept də sifarişçiyə yaxın olan apteklərə yönləndiriləcək”.

Gələcəkdə istifadəçilər üçün SMS yolu ilə dərman sifariş vermək imkanının da təqdim olunması nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru