Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
10:26
1099
DİQQƏT! Yol ötürücüsündə bərpa işləri aparılır

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

Bu barədə FaktXəbərə-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Aparılan bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Məqalədə : Yol ötürücüsü 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 03:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com