Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
17:05
Dünyanın ən qədim və hündür minarəli məscidi - FOTO

İranın Yəzd şəhəri ən qədim şəhərlərdən hesab olunur. Məhz buna görə də Yəzd şəhəri tarixi əsər adlandırılır. Bu şəhər qədim məscidləri, hamamları və yeraltı quyuları ilə məşhurdur. Şəhər həm də Zərdüştlüyün mərkəzi olub. Şəhər misilsiz memarlıq abidələri, ipək əl toxumaları, sənətkarlıq və peşmək ilə məşhurdur.

Yəzdin 3000 illik tarixi olduğu bildirilir. Şəhərin ilk qurucuları Medler olub və şəhərin o dövrdə Ysatis adlandırılıb. Sasanilər zamanında isə şəhərin adı, o zamankı hökmdar Yəzdəgirdə həsr olunub və Yəzd olaraq dəyişdirilib. Daha sonra İslam orduları tərəfindən alınan şəhərə müsəlmanlar hakim olub.

Şəhər səhrada yerləşdiyi üçün çox hücuma məruz qalmayıb. Hətta monqol istilası zamanında İranın digər bölgələrindən qaçan xalq buraya sığınıb. 1272-ci ildə şəhəri ziyarət edən Marko Polo şəhərin ipək toxumalarından və böyük bir ticarət mərkəzi olduğundan bəhs edib.

Yəzddə yerləşən Came məscidi dünyanın ən qədim tarixi əsərlərindən hesab olunur. Yəzdin mərkəzindəki bu məscid, İrandakı ən böyük məscidlərdən olmaqla ən uzun minarələrə malikdir. İlk olaraq Büveyhoğulları dövründə tikilən məscid bugünkü nəhəng halını 1324-1365 illəri arasında alıb. Məscid İranının 14-cü əsrdən qalan ən görkəmli abidələrindəndir.

Azərbaycan memarlıq üslubunda olan məscidin giriş qapısı əvvəldən axıra qədər mavi rəngli daşlarla örtülüdür. İçi də mozaikalarla bəzədilən məscidin 1365-ci ildən qalma mehrabı da xüsusi memarlıq üslubunda işlənilib.

XII əsrdə tikilən məscid hələ də istifadə olunur. Bu məscid Elxanilər, Səfəvilər və Teymurilər dövlətləri dövründə tikilib və restavrasiya olunub.

Tarixçilərə görə, məscid Sasanilərin atəşpərəstlik məbədinin ərazisində tikilib. Məscidin ilk memarı Alaoddoleh Kalnəccar olub və Məlikşah Səcuqinin dövründə yaşayıb. Ondan sonra tikdiyi məscid müəyyən müddət keçdikdən sonra dağılıb. 724-cü ildə Seyid Roknuddin Hüseyni məscidi yenidən bərpa edib. Roknuddin məscidin qübbəsini tamamlaya bilməyib. O, 732-ci ildə dünyasını dəyişib. Bundan sonra Teymurilər dövründə Şərəfuddin Əli Yəzdi Seyid Rokuniddinin vəsiyyətinə uyğun olaraq məscidin tikintisini davam etdirir. Əmir Teymur zamanında məscidin gümbəzi və memarlıq işləri tamamlanıb. Məscidin iki böyük minarəsinin Səfəvilər dövründə ucaldığı bildirilir. Minarələrin hündürlüyü 52 metrdir. Bu minarələr dünyada ən qədim və hündür minarələrdən hesab olunur.

Məscidin 6 girişi var, əsas giriş şərqdən olan qoşa minarə qapısındandır. İki böyük istixanası olub. Divarlarında Quran ayələri xüsusi ustalıq və xəttatlıqla işlənib. Əsas giriş qapısında quranın "Fəth" surəsi tam şəkildə yazılıb. Bundan əlavə, "Mülk surəsi də digər tərəfdə yazılıb. Məscidin daxili divarlarında Allahın 99 adı, Peyğəmbər və İmamların adları xüsusi memarlıq üslubunda işlənilib.

Hazırda məscid tarixi abidə kimi oqrunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəzd İran Məscid tarix Səfəvi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com