Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Yanvar

2017
12:50
6324
Dünyanı heyrətə salan görüntülər qeydə alınıb - İLK DƏFƏ - VİDEO

Britaniyalı araşdırmaçılar pilotsuz aparat vasitəsi ilə indiyə qədər heç kəsin çəkə bilmədiyi kadrları lentə alıblar.

FaktXəbər-in məlumatına görə, pilotsuz aparatlar əlçatmaz yerlərdə və qeyri-adi rakurslarda çəkilişlər edərək, həm araşdırmaçıların işinin asanlaşdırıb, həm insan əməyi vasitəsi ilə əldə edilə bilinməyəcək görüntülər qeydə alıblar, həm də elmə indiyə qədər məlum olmayan kəşflərə səbə olublar.

Ən yaxşı videolar quş uçuşu məsafəsindən qeydə alınıb.

Vulkanın ağzı

Pilotsuz uçuş aparatı Vanutau adasında fəallaşan Yasur vulkanını düz ağzının içindən çəkib. Bu cür vulkan partlayışını indiyə kimi ya daha yüksək məsafədən helikopterlə, ya da bur neçə kilometr aralıdan adi kamera ilə çəkilirdi.

Meksika aeroportu

Bu ilk dəfədir ki, hansısa aeroport dronla çəkilişə icazə verib. Adətən belə çəkiliş qəti qadağandır. Ancaq bu icazə gözəl görüntüıərə səbə bolub.

Quş baxışından Kırım

Dron vasitəsi ilə insanın ruhunu oxşayan təbiət gözəlliyini qeydə almaq mümkündür. Və ingilis araşdırmaçılar bunu Krlmda etməyi bacarıblar.

Dənizdə balinalarla tək

Avstraliya sahillərində 2 balina sörfinqçiyə çox yaxın məsafədə yaxınlaşıblar. Pilotsuz aparat isə təbiətlə bu qarşılaşmanı qeydə alıb.

Pripyat

Quş baxışından daha bir mənzərə. İnsansız, atılmış Ukrayna şəhəri. Çernobl AES-in 4-cü reaktorunda partlayış baş verən gecə Çernoblın 10 km-lik təhlükəli ərazisində yerləşən 49 min sakini olan Pripyat şəhəri boşaldılmışdı. 

Pələnglərlə görüş

Kanadanın vəhşi təbiət parkındakı Amur pələngləri də dronun obyektivinə tuş gəlib. Bu vəhşilər təbiətdə özlərini balaca pişik kimi aparırlar və hətta dronu tutmağa belə cəhd göstəriblər.

Tyantsizində faciə

2015-ci ildə Çinin Tyantsizi şəhərindəki kimyəvi maddələr anbarında baş verən partlayış zamanı onlarla insan ölmüşdü. Bu video partlayışın miqyasını müəyyənləşdirməyə imkan verir. 

Dünyanın ən hündür şəlaləsi

Bu kadrlar insanın başını fırlandırır. Pilotsuz aparan dünyanın ən hündür şəlaləsi olan Anheldən heyrətamiz görüntülər qeydə alıb. Bu şəlalənin hündürlüyü az qala 1 km-dir. Venesuelada yerləşən şəlalənin hündürlüyü 979, eni isə 807 metrdir. Şəlalənin adı isə pilot Ceyms Anhelin şərəfinə qoyulmuşdur, 1935 – ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir.

Qatil balinanın köpək balığı ovu

Dron biloloqlara imkan verib ki, onlar qatil balinaların balalarına köpək balığını necə ovlamağı öyrətməsini göstərən unikal görüntünü lentə alsınlar. 

Azad edilmiş Hələb

Xarabalıqlar və insansız küçələr. 2016-cı ilin dekabr ayında İŞİD terrorçularından azad edilən Suriyanın şimal paytaxtı hesab edilən Hələb bu gün belə görünür.

Məqalədə : dron pilotsuz aparat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru