Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 İyun

2017
17:14
309
Dünyada qaçqınların sayı 65,6 milyon nəfərdir - SİYAHI

FaktXəbər-in verdiyi məlumata görə, 2016-cı ildə dünya ölkələrində 65,6 milyon məcburi köçkün qeydə alınıb. Bu barədə BMT-nin qaçqınların işi üzrə Ali Komisarlığı iyunun 19-da hesabat dərc edib.

Hesabatda qeyd olunur ki, evlərini tərk etməyə məcbur olmuş 22,5 milyon nəfər xarici ölkələrdə sığınacaq tapıb və qaçqın statusuna malikdir, 40,3 milyon nəfər ölkələri daxilində məcburi köçkün həyatı yaşayır, 2,8 milyon nəfər isə öz ölkəsinin xaricində sığınacaq almağa çalışır.

Qeyd edək ki, insanların öz ölkələrini tərk etmələrinə səbəb münaqişələr, zorakılıq və insan hüquqlarının pozulmasıdır. Ən böyük qaçqınlar qrupu – 5,5 milyon nəfəri suriyalılar təşkil edir. Suriyanın 6,3 milyon sakini həm də məcburi köçkün həyatı yaşayır.

Məcburi köçkünlərin sayına görə ikinci yeri Kolumbiya (7,7 milyon nəfər) tutur. Onun ardınca Əfqanıstan (4,7 milyon), İraq (4,2 milyon), Cənubi Sudan (3,3 milyon), Sudan (2,9 milyon), Konqo Demokratik Respublikası (2,9 milyon), Somali (2,6 milyon), Nigeriya (2,5 milyon), Ukrayna (2,1 milyon) və Yəmən (2,1 milyon) gəlir.

Məqalədə : BMT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru