Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Avqust

2017
14:38
640
Dünyaca məşhur markaların loqolarının mənaları - FOTO

FaktXəbər-in məlumatına görə, dünyanın məşhur markalarının loqoları hələsi bir məna daşıyır. Bu loqoların mənaları çoxları üçün qaranlıq qaranlıq aldığına görə şirkətlərin adları barədə əfsanələr uydurulur. 

Aşağıda izləyəcəyinizməlumatda ən məşhur 10 şirkətin loqousunun dəqiq mənası ilə təanış olacaqsınız. 

Alfa Romeo

Alfa Romeo emblem dizaynı, İtalyanın Milan şəhəri ilə ölkənin soylu ailəsi Visconti ətrafında dayanır. Qırmızı xaç zadəganlığı, ağ fon xalqı və kəndliləri simvollaşdırır. Tac geymiş gürzə ilanı isə soylu Viscoti ailəsinin gerbindən götürülüb.

Amazon

Şirkətin sahibi Cef Bezos virtual ticarət şirkətinin adının əksər lüğətlərdə birinci hərf olan A ilə başlamasını münasib görüb. Dünyanın ən böyük çayı qəbul edilən Amazon adı isə şirkətin əsas prioriteti hesab olunur. Bezos bu adla şirkətinin də bir gün o qədər böyük olmasını fikirləşib.

Audi

Emblemdəki dörd üzük avtomobil birliyi üçün bir araya gəlib ittifaq quran dörd firmanı simvollaşdırır. Audi adı firmanın keçmiş rəhbərlərindən olan mühəndis August Horch tərəfindən verilib.

BMW

BMW-nin emblemində mavi, ağ rənglər Almaniyanın Bavariya əyaləti ilə əlaqədardır. 1929-ci ildən bu yana təyyarə və mühərrik istehsal edən BMW, embleminə istehsala uyğun rezin içində fırlanan pərvanə fiqura yer verir. Daha sonra avtomobil istehsalına başlayan BMW avtombillərdə də eyni emblemdən istifadə edir.

Nike

Nike, Karolyn Devidsonun 1971-ci ildə Portland Universitetinin qrafik dizayn tələbəsi ikən həyata keçirdiyi layihədir. Bu loqonu tələbəlik illərində Davidson 35 dollara hazırlayıb.

Nokia

Fin əsilli mobil telefonu istehsalçısının adını Finlandiyadakı Nokia şəhərindən götürüb.

Sony

Sony-nin adı latınca səs (sonus) və ingilis dilində isə "övlad (sonny) mənasını verən sözlərin sintezindən yaranır.

Vodafone

Vodafone mobil telefon və rabitə şirkəti adını ingilis dilində səs (voice), məlumat (data) və telefon (questo) sözlərindən götürüb.

Apple

Dünya nəhəngi olan elektron şirkətin loqosu ilə bağlı bir çox əfsanə dolaşır. Bunlardan biri də loqodakı dişlənmiş almanın Enigma şifrələrini həll edən və kompyuterin atası sayılan dahi riyaziyyatçı Alan Turingə istinad etməsidir. Çünki Turing sianid bir alma dişləyərək intihar edib.

Google

Google, "googol" sözünün üzərində dəyişiklik edilərək ortaya çıxıb. Edvard Kasner adlı amerikalı riyaziyyatçının qardaşı oğlu Milton Sorotta tərəfindən kəşf edilən "googol" sözü 1 və ondan sonra 100 sıfırın gəlməsi ilə yaranan rəqəmdir.

Məqalədə : Şirkətlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru