Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
10:33
887
Dünya mediası etiraf etdi: Dumada kimyəvi hücum olmayıb

Suriyanın Duma şəhərində zarin olmayıb, hospitaldan olan video saxtalaşdırılıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu bəyanat amerikalı və britaniyalı jurnalistlərdən gəlib. 

İlk olaraq WikiLeaks-in xələfi sayılan The Intercept nəşri bu barədə araşdırma dərc edib. Sonra BBC telekanalının prodüsseri həmin araşdırmanın detallarını analiz edib və bildirib ki, Ağ dəbilqəlilərin guya kimyəvi hücumdan dərhal sonra Dumada çəkdikləri video əslində qurulmuş tamaşadır.

6 ay araşdırma, Dumaya hadisə yerinə səfər, şəhərin onlarla sakini, jurnalist və aktivistləri ilə müsahibə… Və Jurnalist Araşdırmaları Mərkəzinin direktoru, Harvard Universitetinin elmi əməkdaşı Ceyms Harkin belə bir nəticəyə gəlir: Dumada improvizə edilmiş xəstəxanadan olan və guya kimyəvi hücumdan sonra çəkilən görüntülər tamaşadan başqa bir şey deyil.

"Tibb işçisi olan Anas Sobheha mənə həmin gün gördükərini danışdı. Axşam saat 7-yə yaxın hospitala 6 yaşlı uşaq gətirilir, onun üzü göyərmişdi. Uşağın astması var idi, evində baş verən yanğın isə vəziyyəti lap pisləşdirmişdi. Mən uşağa dərman verdim və onun vəziyyəti düzəlməyə başladı. Lakin 20 dəqiqədən sonra "Ağ dəbilqəlilər"in bir nümayəndəsi qaçaraq gəldi. O, uşağı əlində tutaraq kimyəvi hücum barədə qışqırmağa başladı, ətrafda aləm qarışdı, lakin hadisə yerində ancaq yanğında tüstüdən zəhərlənmiş bu uşaq var idi".

Harkin bundan sonra baş verənləri dünya mediasında "Ağ dəbilqəlilər" tərəfindən hazırlanan saxta kadrlarla yayılmış dezonfarmasiya yığını adlandırıb.

O, öz məqaləsində təşkilatın ARK kompaniyasından olan britaniyalıların himayəsində olduğunu vurğulayıb, hansı ki, aktivistlərin təlimi ildə məşğul olur və təchizatla təmin edirdi, həmçinin Suriya ərazisində isə 2012-ci ildən bəri prezident Bəşər Əsədə qarşı rolikləri maliyyələşdirirdilər. Bunun yanında ARK-ya britaniyalı diplomat rəhbərlik edirdi, pullar isə Britaniya XİN-dən və Amerika Dövlət Departamentindən gəlirdi.

Birləşmiş Krallıqdan olan jurnalistlər həmçinin "Ağ dəbilqəlilər" tərəfindən təqdim olunan video ilə bağlı öz şübhələrini ifadə ediblər. Lakin bu etiraf üçün ancaq Harkinin məqaləsindən sonra cəsarət toplayıblar.

"Altı aylıq araşdırmadan sonra mən tam şəffaf şəkildə sübut edə bilərəm ki, Duma hospitalında baş verənlər saxtakarlıq idi. Və ölüm hadisəsi də olmayıb", - deyə BBC-nin prodüsseri Riam Dalati bəyan edib.

Qeyd edək ki, rusiyalı ekspertlər "Ağ dəbilqəlilər" tərəfindən saxtakarlıqla bağlı dəfələrlə sübutlar təqdim ediblər. Dünya ictimaiyyətinə həqiqəti çatdırmaq üçün rusiyalı mütəxəssislər saxtakarlığını şahidi olanları Haaqaya Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilata (KSQT) gətirmişdi ki, onların özləri jurnalistlərə baş verənləri danışsın. Lakin Duma ətrafında məsələ sönəndən sonra onları dinləmə barədə qərar alınıb.

Qərbli jurnalistlər etiraf edirlər ki, Duma haqqında yayılan kimyəvi hücum xəbərində çatışmayan çox şey var. Hətta guya zəhərli maddələrin olduğu balonlar belə elə formadadır ki, onların tərpədildiyi görünür. Lakin şəhərə kimyəvi hücumun olub-olmaması barədə son təsdiq KSQT ekspertlərindən gözlənilir.

Məqalədə : ağ dəbilqəli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
193

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
122

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
150

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
185

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
216

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
206

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
769

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
578
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 21:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru